Türkiyə mətbuatı: 6 dekabr 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi

2217640
Türkiyə mətbuatı: 6 dekabr 2024

''Yeni Şafak'': Milli Təhlükəsizlik Şurasının iclasında Suriya məsələsi müzakirə edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra verilən yazılı açıqlamada Suriyadakı rejimin öz xalqı və qanuni müxalifətlə güzəştə getməli olduğu bildirilib. Bəyanatda Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.

''Hürriyet'': Milli Müdafiə Nazirliyi: ''PKK/YPG-nin qeyri-sabitlikdən faydalanmasına imkan vermirik"

Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bu ifadələrə yer verilib: "Suriyanın ərazi bütövlüyü, suverenliyi və bölgəmizin təhlükəsizliyinə ciddi təhlükə yaradan PKK/YPG terror təşkilatının bölgədəki qeyri-sabitlikdən faydalanmasına imkan verməyəcəyik".

''Sabah'': Mahmet Fatih Kacır: ''Qlobal hərbi PUA bazarının 70 faizi türk şirkətlərinin əlindədir"

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır qlobal hərbi PUA bazarının 70 faizinin türk şirkətlərinin əlində olduğunu vurğulayaraq deyib: “Müdafiə sənayesindəki paradiqma dəyişiklikləri ilə ölkəmizi PUA istehsalı mövzusunda dünya lider mövqeyinə çatdırdıq''

''Star'': Avroğa İttifaqı Türkiyədən quş əti alacaq

Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı "Türkiyənin quş əti emalı müəssisələrindən 8-i termiki emala məruz qalmış quş ətini Avropa İttifaqına ixrac edə biləcək''.

''Vatan'': Antalya ''D-8 Turizm Şəhər Mükafatı"nı qazanan ilk şəhər oldu

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Antalyaya '2025 D-8 Turizm Şəhər Mükafatı' verildiyini açıqladı.Ersoy deyib: "Mədəni sərvətlərini təbii gözəllikləri ilə birləşdirərək ziyarətçilərinə unudulmaz təcrübə yaşadan bu bənzərsiz şəhərimiz bundan sonra da təkcə Türkiyənin deyil, dünyanın ən çox seçilən turizm mərkəzlərindən biri olmağa davam edəcək".



Әlaqәli Xәbәrlәr