Türkiyə mətbuatı, 29 noyabr 2024
Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.
"Yeni Şafak": Qəzzada daimi atəşkəs olmasa, regional sülh də olmayacaq
Prezident Ərdoğan Türkiyəyə səfər edən Oman sultanı Heysəm ibn Tarik ilə birgə mətbuat konfransında “Livanda atəşkəsin olması sevindirici haldır. Qəzzada daimi atəşkəs olmasa, regional sülh də olmayacaq" deyib.
"Hürriyet": 72 terrorçu zərərsizləşdirilib
Milli Müdafiə Nazirliyi ölkədaxili və sərhədyanı əməliyyatlarla bağlı paylaşdığı məlumatda son bir həftədə bölücü terror təşkilatı PKK üzvü 72 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
"Haber Türk": Oktyabr ayında ixracat artdı
Türkiyənin oktyabr ayında ixracatı 23,5 milyard dollar oldu.
Türkiyə Statistika İdarəsi (TÜİK) oktyabr ayı üçün müvəqqəti xarici ticarət məlumatlarını açıqlayıb.
Buna görə, ixracat gəlirləri oktyabr ayında bir keçən ilin müvafiq ayı ilə müqayisədə 3,1 faiz artaraq 23 milyard 500 milyon dollara çatdı.
İxracda emal sənayesinin payı 93,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunun payı 3,6 faiz, mədənçıxarma və karxanaların hasilatı sektorunun payı 2,5 faiz olub.
"Star": Türkiyədən dost ölkəyə TURAL ixracı
"Ramsa" şirkətinin baş direktoru Ramazan Gücükturalı inkişaf etdirdikləri pilotsuz quruda istifadə olunan TURAL-ın Asiya tərəfini Pakistanda qurmaq niyyəti ilə bağlı razılaşma imzaladıqlarını ifadə edərək, "İlk müqavilə tamamlandı və transferlər təxminən bir həftə ərzində yekunlaşacaq. Təxminən 1,5 ay ərzində ilk göndərişlərimizi etmiş olacağıq” deyib.
"Sabah": Türkiyə - Macarıstan matçının keçiriləcəyi stadion açıqlanıb
Türkiyə Futbol Federasiyası millimizin 20 mart 2025-ci il cümə axşamı günü Macarıstanla keçirəcəyi UEFA Millətlər Liqasının pley-off mərhələsinin matçının İstanbul Ali Sami Yen İdman Kompleksində oynanılacağını açıqlayıb.