Türkiyə mətbuatı: 11 noyabr 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi

2208653
Türkiyə mətbuatı: 11 noyabr 2024

''Star'': Türkiyə Mustafa Kamal Atatürkün xatirəsini yad etdi

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsi vəfatının 86-cı ildönümündə yad edilib. Türkiyə vətəndaşları yerli vaxtla saat 09.05-də Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

“Hürriyet”: R.T.Ərdoğan: ''Ölkəmizin sərhədlərinin terrorla əlaqəsini kəsəcəyik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürkün vəfatının 86-cı ildönümü münasibətilə keçirilən anım mərasimində çıxış edib. Rəcəb Tayyib Ərdoğan deyib:"Qarşıdakı dövrdə sərhədlərimiz boyunca yaratdığımız təhlükəsiz zonanın çatışmayan halqalarını tamamlayacağıq. Terror təşkilatları ilə ölkəmizin sərhədləri arasındakı əlaqəni kəsəcəyik''.

''Sabah'': Rəcəb Tayyib Ərdoğan: ''Terrorsuz mühit yaradacağıq''

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra əhəmiyyətli bəyanatlar verib. Terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini ifadə edən Rəcəb Tayyib Ərdoğan Türkiyədə terrordan təmizlənmiş mühit yaradacaqlarını deyib.

''Habertürk'': Hakan Fidan İsrailə təzyiq göstərilməsi ilə əlaqədar çağırış etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Toplantısında və Ərəb Liqasının Fövqəladə Sammitində İsrailə silah tədarükünün dayandırılması üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də daxil olmaqla 52 ölkədən dəstək aldıqlarını bildirib. Hakan Fidan deyib: "Hamımız bu məsələdə üzərimizə daha çox məsuliyyət götürməliyik və nə lazımdırsa etməliyik.  İndi həmrəyliyimizi göstərmək vaxtıdır''.

''Vatan'': Çırağan Sarayı dünyanın yeganə qələm festivalına ev sahibliyi edib

Dünyanın ilk və yeganə qələm festivalı olan “Penfest 2024” İstanbulun Çırağan sarayında keçirilib. Festivalda 3 milyon lirə məbləğindəki qələm ziyarətçilərin diqqətini cəlb edib.



Әlaqәli Xәbәrlәr