Türkiye mətbuatı: 08.11.2024

Türkiye mətbuatında dərc olunan bir sıra xəbərlərin xülasəsi

2208002
Türkiye mətbuatı: 08.11.2024

 

“Sabah”: Ərdoğandan Avropa İttifaqına mesaj

Rəcəb Tayyib Ərdoğan Türkiyə kimi qitənin rifahı və təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən bir namizəd ölkənin Avropa İttifaqına üzvlük prosesində illərdir maneələrin olmasının məntiqli bir izahının olmadığını söylədi.

“Yeni Şafak”: Ömər Bolat: “İsraillə ticarətimiz sıfırdır”

Türkiyenin Ticarət naziri Ömər Bolat qalıcı atəşkəs və Qəzzanın yenidən qurulması başlanana qədər İsraillə ticarət edilməməsi qərarının qüvvədə olduğunu bildirdi. O, “May ayından bu yana İsrailə idxal və ixrac sıfıra düşüb” dedi.

“Haber Türk”: Mərkəzi Bankın rezervləri yenə rekord qırdı

Türkiye Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) ümumi rezervləri 2024-cü ilin 1 noyabr həftəsində əvvəlki həftəyə görə 221 milyon dollar artaraq 159 milyard 619 milyon dollara çıxıb və bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Beləliklə, TCMB rezervləri ardıcıl üçüncü dəfə rekord qırıb.

“Star”: “Polad Günbəz” sürətlə tamamlanacaq

Türkiyenin Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır hava müdafiə sistemi “Polad Günbəz” (Çelik Kubbe) layihəsinin inkişaf etdirilməsini sürətlə tamamlayacaqlarını bildirib. “Uzun mənzilli raket inkişaf etdirmə qabiliyyətlərimizi daha yüksək səviyyələrə çatdıracağıq. Ölkəmizin gələcəyini təhdid edəcək planlara heç vaxt fürsət verməyəcəyik” dedi.

“Vatan”: TOGG-un yeni rəngi “Ayder” təqdim olundu

Türkiyenin yerli və milli elektrik avtomobili olan TOGG “T10x” modelinin yeni rəngi “Ayder” Rizədə bir alış-veriş mərkəzində sərgilənməyə başlayıb. Avtomobil texnologiyası ilə yanaşı rəngi ilə də bəyənmə toplayıb.



Әlaqәli Xәbәrlәr