Türkiyə mətbuatı, 6 noyabr 2024-cü il

“Sabah”, “Hürriyet”, “Star”, “Vatan” və “Yeni Şafak” nələrdən yazır?

2206950
Türkiyə mətbuatı, 6 noyabr 2024-cü il

 

 “Sabah”: Ərdoğan “İsrail beynəlxalq sistemi təhdid edir" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında mühüm açıqlamalar verib. İsrailin beynəlxalq sistemi təhdid etdiyini söyləyən Ərdoğan "İsrailə beynəlxalq təzyiqlər artırılmalıdır. Fələstin məsələsi üçün səylərimizi davam etdirəcəyik" deyə vurğulayıb.

“Hürriyet”: Ərdoğan “Togg”u Çaparova hədiyyə etdi

  Türkiyə prezidenti R.T.Ərdoğan Qırğızıstan prezidenti Sadır Çaparova “Pamukkale ağ” rəngli “Togg” bağışladı.

“Star”: Caparov “Türkiyə dünyada lider mövqedədir” dedi

  Türkiyə şirkətlərini enerji sektoruna sərmayə qoymağa dəvət edən Qırğızıstan prezidenti Sadır Çaparov Türkiyənin tibbi ləvazimat və yüksək keyfiyyətli dərman istehsalında dünya lideri olduğunu diqqətə çatdıraraq Qırğızıstanda əczaçılıq fabrikinin yaradılmasını təklif edib.

“Vatan”: Nazir Bolatdan kredit bal artımı ilə bağlı açıqlama

  Türkiyənin Ticarət naziri Ömər Bolat deyib: "Ölkəmizin kredit reytinqini ardıcıl olaraq artıran beynəlxalq kredit reytinq agentlikləri də iqtisadi proqramımızın müsbət nəticələr verdiyini və makroiqtisadi göstəricilərdə müşahidə olunan yaxşılaşmanı təsdiqləyir".

“Yeni Şafak”: “Roketsan” Parisdə

  Raket və sistemləri ilə özünü bütün dünyaya sübut edən Türkiyənin lider şirkəti olan “Roketsan” üstün xüsusiyyətlərə malik dəniz avadanlıqları ilə Fransanın paytaxtı Parisdə təşkil edilən “Euronaval 2024” sərgisində diqqət çəkib.



Әlaqәli Xәbәrlәr