Türkiyə mətbuatı 5 noyabr 2024

Türkiyə mətbuatında dərc olunan bir sıra xəbərlərin xülasəsi

2206541
Türkiyə mətbuatı 5 noyabr 2024

 

“Sabah”: Ərdoğandan dünyaya Fələstin çağırışı 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Qəzza və Livana yönəlmiş işğalçı təcavüzə verilməsi mümkün olan ən gözəl cavablardan biri daha çox ölkənin Fələstin dövlətini tanıması olacaqdır” dedi. O, dövlətlərə Fələstini tanımayağa çağırdı.

“Hürriyet”: Ərdoğan: “İsraillə ticarəti dayandırdıq”

  Türkiyə prezidenti R.T.Ərdoğan İsraillə ticari fəaliyyətləri tamamilə dayandırdıqlarını bildirdi. O, “Soyqırım cinayətkarlarının beynəlxalq hüquq qarşısında cavab verməsi üçün əlimizdən gələni edirik” deyə bildirdi. 

“Yeni Şafak”: Ərdoğandan qəzzalılara tərif

  Rəcəb Tayyib Ərdoğan İsrail hücumlarına məruz qalan qəzzalıların 13 ay müddətində yaşamadıqları ağrı və zülm qalmadığını, buna baxmayaraq, qürurlarından vaz keçmədiklərini və öz torpaqlarında azad yaşamaq iradələrindən geri çəkilmədiklərini vurğuladı.

“Haber Türk”: Mərkəzi Bank rezervlərində yeni rekord

  Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının ümumi rezervləri 2024-cü ilin 25 oktyabr həftəsində bir əvvəlki həftəyə nisbətən 33 milyon dollar artaraq 159 milyard 398 milyon dollarla yüksək səviyyəsinə çatdı.

“Star”: Türkiyənin avtomobil ixracında rekord

  Türkiyə avtomobil sənayesi 2024-cü ilin yanvar-oktyabr ayları arasında keçən ilin eyni dövrünə nisbətən 6,5 faiz artımla 30 milyard 511 milyon 79 min dollara çataraq sektor daxilində ən yüksək 10 aylıq ixracını həyata keçirdi.



Әlaqәli Xәbәrlәr