Türkiyə mətbuatı, 8 oktyabr 2024
“Hürriyet”, “Star”, “Yeni Şafak”, “Haber Türk” və “Sabah” nələrdən yazır?
“Hürriyet”: Ərdoğan “İsrailin soyqırım siyasəti artıq sona çatmalıdır” dedi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzaya qarşı hücumlarının birinci ildönümü ilə bağlı paylaşımında bu ifadələrə yer verdi: "Tam 365 gün əvvəl həyatda olan, çoxu uşaq və qadın olan 50 min bacı-qardaşımız vəhşicəsinə qətlə yetirildi. İsrailin uzun illərdir davam edən soyqırım, işğal və istilasına son qoyulmalıdır."
“Star”: Avtomobil ixracatında rekord artım
Türkiyənin avtomobil sənayesi 2024 yanvar-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artımla 26 milyard 933 milyon 806 min dollarlıq ixrac həyata keçirərək sektorda ən yüksək 9 aylıq göstəriciyə çatıb.
“Yenişafak”: Türkiyənin uğuru Afina üçün qısqanclıq mövzusuna çevrildi
Avtomobil və müdafiə sənayesində həm təchizat həm də istehsal baxımından dünyada və Avropada ən önəmli istehsal mərkəzlərindən birinə çevrilən Türkiyənin ixracatda göstərdiyi uğur Yunanıstan mətbuatında başlığa çevrildi. "Biz xəyal etdik, türklər həyata keçirdi" deyən mətbuat Türkiyənin maşın sənayesində əldə etdiyi qazancın çox böyük olduğunu, avtomobil ixracında ilk 5-liyə daxil olduğunu vurğuladı. Çin ilə müqayisədə daha çox avtomobil istehsal edildiyi qeyd edildi.
“Habertürk”: Dünyada ilk 10-a bir pillə qaldı
Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu 2024-cü ilin ilk yarısında Türkiyə dəniz ticarət donanmasının yüksəlişinə diqqət çəkərək "Türkiyə dəniz ticarət donanması 52,7 milyon dedveyt tona çataraq dünyada 11-ci yerə yüksəldi. Dünyada ilk 10-luqda yer almaq üçün bir pillə qaldı" dedi.
“Sabah”: Bayraktar “İraqda 3 sahədə neft axtarırıq" dedi
Liviya və Bəsrədə daha aktiv olmağı istədiklərini bildirən Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İraqda 3 sahədə neft axtarıldığını bildirdi.