Türkiyə mətbuatı, 12 sentyabr 2024

“Vatan”, “Hürriyet”, “Yeni Şafak”, “Sabah” və “Star” nələrdən yazır?

2186364
Türkiyə mətbuatı, 12 sentyabr 2024

 

“Vatan”: Ərdoğan “Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyimiz daimidir. Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir" deyə vurğulayıb.

“Hürriyet”: Cənubi Koreyadan super sürətli qatar layihəsinə böyük maraq

  Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu Seulda həmkarı Park Sanq-Vu ilə Ankara və İstanbul arasında saatda 350 kilometr sürətlə hərəkət edən super sürətli qatar layihəsini müzakirə etdiyini və koreyalı həmkarının layihəyə böyük maraq göstərdiyini söyləyib.

“Yeni Şafak”: Sakarya qaz yatağından yeni şad xəbər

  Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar yeni təbii qaz hasilat bazasının Sakarya qaz yatağına göndəriləcəyini və 2026-cı ilin ortalarında Sakarya qaz yatağından 20 milyon kubmetrlə 8 milyon ev təsərrüfatının qaz ehtiyacının gündəlik qaz hasilatı ilə qarşılanacağını deyib.  

“Sabah”: "The Guardian” Türkiyəyə gələn turistlərin heyranlığından yazıb

  Böyük Britaniyanın “The Guardian” qəzetinin dünyanın hər yerindən Türkiyəyə gələn turistlərin müşahidələrinin yer aldığı səhifəsində səyahətçilər Türkiyənin hər guşəsinin onlar üçün yeni bir kəşf və macəra olduğunu bildiriblər.

“Star”: Türk dünyasında tarixi qərar

  Türk Akademiyası Türk Dövlətləri Təşkilatı tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlindiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr