Türkiyə mətbuatı, 10 sentyabr 2024

“Yeni Şafak”, “Star”, “Hürriyet”, “Sabah” və “Haber Türk” nələrdən yazır?

2185188
Türkiyə mətbuatı, 10 sentyabr 2024

 

“Yeni Şafak”: Ərdoğandan İslam dünyasına çağırış

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağına davam edən hücumları ilə bağlı deyib: “Vəzifəsi Qüds davasını qorumaq olan İslam Əməkdaşlıq Təşkilatının günü-gündən ehtiyatsızlaşan bu hücumlara biganə qalması ağlasığmazdır. Vaxt itirmədən rəhbərlik səviyyəsində toplanmaq və İslam dünyasının qətiyyətli mövqeyini ortaya qoymaq lazımdır”.

“Star”: Aİ-dən Türkiyəyə mesaj

  Avropa İttifaqı (Aİ) Komissiyasının Qonşuluq və Genişlənmədən Məsul üzvü Oliver Varhelyi Türkiyə ilə Gömrük İttifaqının yenilənməsi kimi mövzularda yaxın gələcəkdə addımların atılacağını gözlədiyini bildirib.

“Hürriyet”: THY 8 ayda 57,4 milyon sərnişin daşıyıb

  Türkiyə Hava Yollarının 2024-cü il yanvar-avqust dövründə sərnişin sayı keçən ilin eyni dövrünə görə 2,5 faiz artaraq 57,4 milyona çatıb.

“Sabah”: İstanbul hava limanı “Google”da “Avropanın ən yaxşısı” seçilib

  “Google” istifadəçilərinin şərhləri üzərinə aparıan araşdırmaya görə, İstanbul Hava Limanı “Avropanın ən yaxşı hava limanı” hesab edilib.

“Haber Türk”: Türkiyənin tanıtma filmləri 1 milyard dəfə izlənilib

  Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin tanıdılması üçün hazırlanan filmlər 200-dən çox ölkənin telekanal və rəqəmsal platformalarında yayımlanıb. Türkiyəni tanıtmaq məqsədi daşıyan bu filmlər bir ay ərzində 1 milyard dəfə izlənilib.



Әlaqәli Xәbәrlәr