Türkiyə mətbuatı, 4 sentyabr 2024
“Yeni Şafak”, “Sabah”, “Star”, “Hürriyet” və “Haber Türk” nələrdən yazır?
“Yeni Şafak”: 244 qəhrəman türk ABŞ-a nümunə oldu
ABŞ hərbi kəşfiyyatının hazırladığı hesabatda Koreya müharibəsində əsir düşən 244 Türkiyə əsgərinin çəkdiyi görüntünün Amerika ordusunun hərbi hazırlığını tamamilə dəyişdiyi ortaya çıxıb. ABŞ ordusu türk əsgərini nümunə götürərək “Əsirlik və döyüş hazırlığı, sağ qalma, qaçış və sorğu-sual təlimi” hazırlayıb.
“Sabah: MİT-dən MOSSAD-ın pul şəbəkəsinə geniş əməliyyat
Türkiyə Milli Kəşfiyyat İdarəsinin fəaliyyəti nəticəsində İsrail Kəşfiyyat Xidmətinin (MOSSAD) pul şəbəkəsini təmin edən Kosovo vətəndaşı Liridon Rekshepi İstanbulda həbs edilib.
“Star”: Türkiyə lirəsi ilə 169 ölkəyə ixracat
Türkiyə lirəsi ilə xarici ticarət 2024-cü ilin 8 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 44 faiz artaraq 708 milyard 310 milyon lirəyə çatıb.
“Hürriyet”: Hüyük çiyələyinin Aİ qeydiyyatı
Konyanın Hüyük qəsəbəsində yetişdirilən Hüyük çiyələyi Avropa İttifaqının coğrafi göstərici qeydiyyatından keçib. Beləliklə, Türkiyədə Aİ-dən coğrafi göstərici adını alan məhsulların sayı 25-ə yüksəlib.
“Haber Türk”: VakıfBank 3-cü dəfə Ginnes rekordlar kitabına düşdü
6 dəfə CEV Çempionlar Liqasının qalibi olan VakıfBank Avropa klubları səviyyəsində ən mühüm tədbiri qazanan komanda olaraq 3-cü dəfə Ginnes rekordlar kitabına düşməyə haqq qazanıb.
Әlaqәli Xәbәrlәr
Türkiyə mətbuatı, 6 sentyabr 2024
“Vatan”, “Haber Türk”, “Sabah”, “Hürriyet” və “Star” nələrdən yazır?