Türkiyə mətbuatı: 2 sentyabr 2024
Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi
''Sabah'': Türkiyə Prezidenti və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Qəzza məsələsini müzakirə etdilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud arasında telefon danışığı olub.
Telefon danışığında İsrailin Fələstin torpaqlarında həyata keçirdiyi soyqırımı, regional və qlobal məsələlər müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan söhbət zamanı bildirib ki, beynəlxalq ictimaiyyət İsrailin Qəzzada törətdiyi cinayətlərə qarşı bu ölkəyə təzyiqlərini artırmalıdır. Türkiyə Prezidenti həmçinin İsrailin törətdiyi hücumlara və insan hüquqları pozuntularına son qoyulması üçün İslam ölkələrinin birgə addım atmasının vacibliyini vurğulayıb.
''Hürriyet'': İraq və Suriyanın şimalında 17 terrorçu zərərsizləşdirilib
Dünən İraqın şimalındakı Qara, Metina və ''Pəncə-Kilid'' əməliyyatı bölgələrində 15, Suriyanın şimalındakı Mənbic bölgəsində isə 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
''Star'': İlk dəfə silah-sursatla uçdu
Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkəti (TUSAŞ) tərəfindən hazırlanan pilotsuz döyüş təyyarəsi ANKA III döyüş sursatı ilə ilk uçuşunu uğurla həyata keçirib.
''Vatan'':İstanbulu 2024-cü ilin ilk yeddi ayında on milyondan çox turist ziyarət edib
İstanbula 2024-cü ilin iyul ayınadək gələn xarici turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 10 milyon 467 minə çatıb.
Şəhər Mədəniyyət və Turizm Müdirliyinin məlumatlarına görə, keçən ilin eyni dövründə İstanbula 9 milyon 776 min 635 xarici turist gəlib.
Rusiya Federasiyası iyul ayında 192 18 min nəfərlə İstanbula ən çox ziyarətçi göndərən ölkələr arasında birinci olub.
''Haber Türk'': Türkiyə milliləri Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında tarixi uğura imza atdılar
Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında mübarizə aparan Türkiyə idmançıları indiyədək böyük uğurlara imza atıblar. Türkiyə milliləri sentyabrın 8-dək Parisdə davam edəcək turnirdə artıq 3 qızıl, 5 gümüş və 2 bürünc medal qazanıblar.
Әlaqәli Xәbәrlәr
Türkiyə mətbuatı, 4 oktyabr 2024
“Haber Türk”, “Hürriyet”, “Star”, “Yeni Şafak” və “Sabah” nələrdən yazır?