Türkiyə mətbuatı, 14 avqust 2024

“Hürriyet”, “Haber Türk”, “Star”, “Sabah” və “Yeni Şafak” nələrdən yazır?

2175310
Türkiyə mətbuatı, 14 avqust 2024

 

“Hürriyet”: Məscidül-Əqsa basqınına Türkiyədən reaksiya

  Türkiyə Xarici İşlər Nazirliyi bildirib: “Aralarında nazirlərin də olduğu yüzlərlə radikal israillinin polisin himayəsində olan Əqsaya basqın etməsi Qüdsün tarixi statusunu pozan təxribatdır və bölgəmizdə gərginliyi daha da artıracaq."

“Haber Türk”: Nazir Fidandan mühüm danışıqlar

  Türkiyənin Xarici işlər naziri Hakan Fidan Qətər və misirli xarici işlər nazirləri ilə telefon danışığında İsrail nazirləri və Fələstin torpaqlarını qəsb edən fanatik yəhudilərin Məscidül-Əqsaya basqını və Qəzzada son vəziyyəti müzakirə edib.

“Star”: Türkiyənin Polad günbəzi dünya mətbuatındadır

  Xarici mətbuat Türkiyənin İsrailin Dəmir qübbəsinə rəqib ola biləcək laylı hava hücumundan müdafiə sistemini inkişaf etdirməyi hədəfləyən iddialı bir proqrama başladığını yazıb və “Türkiyə İsrailin Dəmir qübbəsinə Polad günbəz Hava Hücumundan Müdafiə Sistemi ilə qarşı çıxacaq” şərhini verib.

“Sabah”: Türkiyəyə investisiyalar artacaq

  Vitse-prezident Cevdet Yılmaz beynəlxalq şirkətlərin Türkiyəyə sərmayə qoyma qərarlarını açıqladığı dövrə qədəm qoyulduğunu söyləyərək deyib: “Prezidentimizin sədrliyilə biz dünyanın aparıcı investisiya şirkətlərinin yüksək səviyyəli menecerlərini sentyabrın 28-də keçiriləcək İnvestisiya Məsləhət Şurası toplantımıza dəvət etdik.”

“Yeni Şafak”: İlin ilk yarısında Türkiyəyə 4,7 milyard dollarlıq birbaşa investisiya gəldi

  2024-cü ilin ilk 6 ayında Türkiyəyə beynəlxalq birbaşa investisiya axını 4,7 milyard dollara çatıb. Türkiyənin ilk 6 ayda ən çox investisiya kapitalı aldığı ölkələr Hollandiya, ABŞ, Almaniya, İrlandiya, Norveç və Böyük Britaniya olub.



Әlaqәli Xәbәrlәr