Türkiyə mətbuatı, 13 avqust 2024

“Star”, “Hürriyet”, “Sabah”, “Yeni Şafak” və “Haber Türk” nələrdən yazır?

2174617
Türkiyə mətbuatı, 13 avqust 2024

 

“Star”: Nazir Fidan amerikalı həmkarı ilə danışdı

  Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Qarşı tərəfin təşəbbüsüylə reallaşan söhətdə İsraillə Həmas arasındakı danışıqlar prosesi və bölgədə artan gərginlik müzakirə edilib.

“Hürriyet”: Ömər Çelik “İsrail atəşkəsi sabotaj edir” dedi

  AK Partiya sədr müavini və sözçüsü Ömər Çelik İsrailin Qəzzada törətdiyi soyqırımına reaksiya verərək deyib: "Bəşər tarixinin ən "soyqırım hökuməti" olaraq Netanyahu və onun qətl şəbəkəsi mühakimə olunmalıdır. İsrail atəşkəsi sabotaj edir". 

“Sabah”: Nazir Gülərdən Suriya açıqlaması

  Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər ​​Suriya ilə razılaşdırılan yerdə ölkələrarası nümayəndə heyətinin görüşünün keçirilə biləcəyini söyləyib: "Türkiyə Suriyadan çəkilmə ilə bağlı koordinasiyanı yalnız yeni konstitusiya qəbul edildikdən, seçkilər keçirildikdən və sərhədlər təmin edildikdən sonra müzakirə edə bilər".

“Yeni Şafak”: Vasitəçiliyin ünvanı Türkiyədir

  Türkiyənin vasitəçiliyi ilə Efiopiya və Somalidən olan nümayəndə heyətləri paytaxt Ankarada Xarici İşlər Nazirliyində bir araya gəliblər. Qeyd edək ki, iki ölkə arasında böhran Somaliləndin Somalidən birtərəfli müstəqilliyini elan etməsindən və Efiopiya ilə ticarət və hərbi müqavilələr imzalamasından sonra baş vermişdi.

“Haber Türk”: 20 ilin ixracatı 1 milyard dolları keçdi

  Türkiyə Ticarət Nazirliyi 2024-cü il iyul ayı üçün rayonlar üzrə ixrac məlumatlarını açıqlayıb. Buna əsasən, İstanbul 6 milyard 586 milyon dollarla iyul ayında ən çox ixracat edilən vilayət olub. Şəhərin ixracatı 2023-cü ilin eyni ayına görə 53,8 faiz artıb. 2024-cü ilin yanvar-iyul dövründə 20 rayon 1 milyard dollardan artıq ixracat həyata keçirib. 51 rayonda isə xaricə satışlar artıb.

 



Әlaqәli Xәbәrlәr