Türkiyə mətbuatı:12 avqust 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi

2174138
Türkiyə mətbuatı:12 avqust 2024

''Vatan'': Co Bayden Milli Kəşfiyyat Təşkilatının idarə etdiyi əsir mübadiləsini canlı izlədi

Türkiyə Milli Kəşfiyyat Təşkilatının vasitəçiliyi ilə avqustun 1-də həyata keçirilən tarixi əsir mübadiləsinin təfərrüatları üzə çıxıb.Həm ABŞ, həm də Rusiya əməliyyatın Türkiyədə keçirilməsini istədi.Türkiyə ABŞ və Rusiyaya “siz açıqlama verməyənədək biz açıqlama verməyəcəyik” zəmanəti verdi. ABŞ prezidenti Co Bayden tarixi əsir mübadiləsini canlı izlədi.

''Yenişafak'': İraqın şimalında beş yeni baza yaradılacaq

Türkiyə Silahlı Qüvvələri (TSK) İraqın şimalında beş yeni baza yaradacaq. Türkiyə Silahlı Qüvvələri bazaların yerləşəcəyi ərazilərdə axtarış işlərini yekunlaşdırıb.

''Star'': Türkiyə Böyük Millət Məclisi Mahmud Abbasın çıxışına hazırlaşır

Avqustun 15-də Fələstin dövlət başçısı Mahmud Abbasın Türkiyə Böyük Millət Məclisində edəcəyi çıxışla əlaqədar parlamentdə təhlükəsizlik tədbirləri artırılacaq. Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğan da Mahmud Abbasın çıxışını dinləyəcək. İclasa İsrailin Qəzzaya hücumları nəticəsində yaralanan və Türkiyədə müalicə olunanlar da dəvət olunacaq.

''Sabah'':  Türkiyə ayaqqabı istehsalında 6-cı yerdədir

Türkiyə bu ilin ilk 6 ayında ayaqqabı ixracından 588,7 milyon dollar gəlir əldə edib. Beləliklə Türkiyə ayaqqabı istehsalında 6-cı yerdə qərarlaşıb. Türkiyə 2030-cu ildə ayaqqabı istehsalından 6,8 milyard dollar gəlir əldə etməyi planlaşdırır.

''Habertürk'': Fransız aşpaz türk mətbəxini təriflədi

Fransız mətbəxinin aparıcı aşpazlarından olan və iki ''Michelin'' ulduzuna malik  Julien Lefebvre türk mətbəxinin özünəməxsus ləzzətləri ilə mühüm qastronomik dəyər olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr