Türkiyə mətbuatı: 10 iyul 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi

2161187
Türkiyə mətbuatı: 10 iyul 2024

''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan: ''NATO-nun ilk 5 ölkəsindən biriyik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti ilə əlaqədar ABŞ-a yola düşməzdən əvvəl verdiyi açıqlamada Türkiyənin NATO-nun missiya və əməliyyatlarına ən çox töhfə verən ilk 5 müttəfiqdən biri olduğunu deyib. Rəcəb Tayyib Ərdoğan deyib: ''Biz yükü bölüşmək üçün üzərimizə düşəni edirik. Quruda, dənizdə və havada NATO-nun gücünə güc qatırıq''.

''Vatan'': Rəcəb Tayyib Ərdoğan: ''Qəzzada Fələstin xalqına qarşı törədilən qətliamları gündəmə gətirəcəyik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ortaq dəyərlərimizin sınandığı Qəzzada Fələstin xalqına qarşı törədilən qətliamları NATO sammitində gündəmə gətirəcəyini bildirib.

''Yenişafak'': Mahmet Fatih Kacır Türksat 6A-nın uğurla orbitə buraxıldığını deyib

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Türkiyənin ilk milli rabitə peyki olan Türksat 6A-nın uğurla orbitə buraxıldığını deyib.

''Star'': Türkiyə alimləri dünyada ilkə imza atıb 

Erciyes Universitetinin Peyvənd Mərkəzində Krım-Konqo qızdırması virusuna qarşı hazırlanan peyvəndlə bağlı ilk sınaq uğurla başa çatıb. Növbəti mərhələdə peyvəndin könüllülər üzərində sınaqdan keçiriləcəyi bildirilib.

''Sabah'': Çinin avtomobil nəhəngi Türkiyəni seçdi

Çinin avtomobil nəhəngi BYD Türkiyə iqtisadiyyatına investisiya qoymağa hazırlaşır. Şirkət təxminən 1 milyard dollar sərmayə ilə 150 ​​min avtomobil tutumlu istehsal müəssisəsi quracaq. Məlumata görə, 5 min adam işlə təmin olunacaq. 



Әlaqәli Xәbәrlәr