Türkiyə mətbuatı, 2 iyul 2024

“Yeni Şafak”, “Haber Türk”, “Vatan”, “Star” və “Hürriyet” nələrdən yazır?

2158061
Türkiyə mətbuatı, 2 iyul 2024

 

“Yeni Şafak”: Türkiyə son dəfə İrana xəbərdarlıq etdi

  Türkiyə PKK/YPG terror təşkilatına pilotsuz uçuş aparatları və raketlər göndərən İrana xəbərdarlıq etdi. İraqın Süleymaniyyə şəhərində İran rəsmiləri ilə görüşən Türkiyə nümayəndələri iranlıların yük daşıma ittihamını inkar etməsindən sonra dəlilləri göstəriblər. İran PKK-ya növbəti belə yük göndərərsə, bu, Türkiyənin qanuni hədəfi olacaq.

“Haber Türk”: İstanbul hava limanında yeni rekord

  İstanbul Hava Limanı iyunun 30-da bütün zamanların ən çox sərnişin sayına çataraq rekord qırıb. Sözügedən tarixdə İstanbul Hava Limanı ümumi 268 min 275 sərnişinə xidmət, 205 min 721 beynəlxalq, 62 min 554 daxili uçuş həyata keçirib.

“Vatan”: Türkiyədən texnoloji bazaya səfər

  Türkiyə Böyük Millət Məclisinin Sənaye, Ticarət, Enerji, Təbii Qaynaqlar, İnformasiya və Texnologiyalar Komissiyası Çində “Huawei” texnologiya şirkətinə baş çəkiblər. Komissiyanın sədri Mustafa Varank Çin şirkətlərinin qarşıdakı dövrdə Türkiyəyə daha çox maraq göstərəcəyini bildirib.

“Star”: Mərkəzi Bankın ehtiyatlarında böyük artım

  Xəzinə və maliyyə naziri Mehmet Şimşək Türkiyəyə qaynaq axınının çox güclü olduğunu bildirərək deyib: “Mart ayından bu yana Mərkəzi Banka 78 milyard dollar ehtiyat daxil olub. Ehtiyat adekvatlıqda demək olar ki, istənilən səviyyəyə çatdıq".

“Hürriyet”: Mayk Taysondan Türkiyəyə dəstək

  Bütün zamanların ən böyük boksçularından sayılan Mayk Tayson AVRO-2024-də Avstriya ilə qarşılaşmada Türkiyə millisinə dəstək olub. O, Berlində onun üçün xüsusi hazırlanmış Türkiyə gerbi və bayraqları olan əlcəkləri imzalayıb. Tayson imzaladığı əlcəklərdən birini Türkiyə Milli Komandasına hədiyyə edəcəyini bildirib.

 



Әlaqәli Xәbәrlәr