Türkiye mətbuatı 28 fevral 2024

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2108347
Türkiye mətbuatı 28 fevral 2024

“Haber Türk”: Rəcəb Tayyib Ərdoğan: ''21 ildə əldə olunan nailiyyətlər Türkiye əsrinin əsasını təşkil edir''

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan son 21 ildə əldə edilən nailiyyətlərin Türkiye əsrinin əsasını təşkil etdiyini deyib.
Son 21 ildə Türkiye iqtisadiyyatını 3 dəfədən çox inkişaf etdirdiklərini, sənaye, kənd təsərrüfatı və ticarəti qlobal rəqabətə hazırladıqlarını ifadə edən Rəcəb Tayyib Ərdoğan eyni uğuru qarşıdakı dövrdə də nümayiş etdirəcəklərini vurğulayıb.

''Hürriyet'': Türkiye investorlar üçün sərfəli və etibarlı bir ünvandır
Türkiyenin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Türkiyenin rəqabətli iş mühiti, cəlbedici təşviq paketləri, sabit maliyyə infrastrukturu və makroiqtisadi tarazlığı ilə investorlar üçün sərfəli və etibarlı bir ünvan olduğunu bildirib. Nazir Kacır dedi: ''Türkiyenin parlaq gələcəyinə inanan hər bir sahibkar, sərmayələrinin bəhrəsini almağa davam edəcək''.

''Yeni Şafak'': SİPER 2024-cü ildə Türkiyeni başdan-başa qoruyacaq
Hərbi Elektronik Sənayesinin (ASELSAN) baş direktoru Əhməd Akyol yerli hava hücumundan müdafiə sistemi SİPER-i bu il inventara əlavə edəcəklərini bildirdi. Akyol deyib: ''2024-cü ildə dövlətimizin liderliyi ilə ölkənin hava hücumundan müdafiə gücünü başdan-başa tamamlamış olacağıq''.

''Star'': Somalili nazir: ''Türkiye ilə aramızdakı razılaşma tarixi əhəmiyyət kəsb edir''
Somalinin informasiya, mədəniyyət və turizm naziri Daud Aveis Cama ölkəsi ilə Türkiye arasında Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Müqaviləsinin imzalanmasını uzun müddətdir gözlədiklərini bildirib. Somalili nazir iki ölkə arasındakı razılaşmanı “tarixi razılaşma” adlandırıb.

''Sabah'': Türk mətbəxinin 25 ən ləziz təamı seçildi
Türk mətbəxi zəngin təamları, müxtəlifliyi və tarix boyu formalaşmış mədəni irsi ilə bütün dünyanın diqqət mərkəzindədir. Onlayn səyahət bələdçisi olan ''TasteAtlas''ın apardığı araşdırmanın nəticələri olduqca diqqətçəkəndir. Siyahıya türk mətbəxinin ən orijinal, ləziz və ən populyar 25 təamı daxil edilib.



Әlaqәli Xәbәrlәr