Türkiye mətbuatı, 20 noyabr 2023
Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

"Star": Qəzzadan təxliyə edilən 42 Türkiye vətəndaşı ölkəyə gətirildi
Xarici İşlər Nazirliyinin səyləri ilə Rəfah keçid məntəqəsindən Misirə çatan 42 Türkiye vətəndaşı THY təyyarəsi ilə Qahirədən İstanbula gətirildi.
"Yenişafak": Dünya xalqları Fələstinin yanındadır
İsrailin ən böyük dəstəkçisi ABŞ başda olmaqla Avropadan Asiyaya qədər dünyanın hər yerində sosial mediada təşkilatlanan yüz minlərlə insan Fələstinə dəstək üçün yenidən küçələrə çıxdı. Avropanın bir çox ölkəsində vətəndaşlar İsrailə dəstəyin dərhal dayandırılmasına çağırdılar.
"Sabah": Kritik missiyalarda fəal rol alacaq
Pilotsuz dəniz aparatlarının "ağılı" olan SİDA (Silahlı Pilotsuz Dəniz Aparatı) kritik missiyalarda rol almağa hazırlaşarkən ilk sınaqdan uğurla keçdi. Yaxın zamanda Türkiye Silahlı Qüvvələrinin inventarına qatılacaq olan SİDA baza mühafizəsi, axtarış-xilasetmə, kəşfiyyat, müşahidə, patrul, yerüstü müharibə və mina əleyhinə tədbirlər kimi missiyalarda fəal rol götürəcək.
"Habertürk": "Telegraph" Türkiyenin Egey sahilindəki 4 sakit şəhəri tanıdıb
İngiltərənin məşhur "Telegraph" qəzeti Türkiyenin sahil zolağında yerləşən 4 sakit şəhəri təqdim edib. Bodrum, Marmaris və Çeşme kimi məşhur tətil məkanlarına alternativ ola biləcək bölgələri tanıdan qəzet Muğla vilayətinin Köyceğiz ilə Ula qəsəbəsinə bağlı Akyaka ilə İzmirin Foça və Seferihisar rayonlarını tanıdan məlumat çatdırıb.
"Vatan": Avropanın diqqəti Türkiyedədir
Pandemiya dövründə turizm sektorunda işçi qüvvəsinin kəsilməsindən sonra Avropa ölkələri diqqətlərini Türkiyeyə çevirib. Türkiyedə turizm tələbələri və məzunları üçün cəlbedici təkliflər təqdim edən müəssisələr iş imkanları yaradır.
Әlaqәli Xәbәrlәr

Türkiyə mətbuatı, 5 dekabr 2023
“Vatan”, “Hürriyet”, “Haber Türk”, “Star” və “Yeni Şafak” nələrdən yazır?