Türkiye mətbuatı, 30 oktyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2057505
Türkiye mətbuatı, 30 oktyabr 2023

"Hürriyet": Türkiye Cümhuriyyəti 100 yaşında

Cümhuriyyətin 100 illiyi bütün ölkədə coşqu ilə qeyd olundu. Prezident Rəcəb Tayyib Ərdoğan Anıtkabir Xüsusi Xatirə Dəftərinə ürək sözlərini yazıb: “Türkiyeni tarixinin ən böyük sərmayə addımları ilə bir araya gətirən bir idarə olaraq, müttəfiqlik tərəfdaşlarımız və millətimizlə birlikdə Cümhuriyyətimizin ikinci əsrini “Türkiye əsri” ilə taçlandırmaqda qərarlıyıq”.

"Star": Ərdoğanın “100-cü il xitabı”

Prezident Ərdoğan “1923-cü il oktyabrın 29-da elan etdiyimiz cümhuriyyətimiz bu gün birinci əsrini tamamladı və “Türkiye əsri” dediyimiz ikinci əsrinə yelkən açır. Ərdoğan "Heç bir imperialist güc Türkiye Cümhuriyyətinin xoşbəxt, uğurlu və qalib olmasına mane ola bilməyəcək' dedi.

"Haber Türk": Boğazda möhtəşəm mərasim

Dəniz donanması tarixində ən böyük parad Boğazda keçirilib. Paradda “TCG Anadolu” başda olmaqla 100 gəmi üzüb. Gəmiləri “Türk ulduzları” və “Solotürk” də daxil olmaqla 20 döyüş təyyarəsi müşayiət edib.

Hərbi Dəniz Donanması və Türkiye Hərbi Hava Qüvvələrinin Boğaziçi paradını izləmək istəyən vətəndaşlar sahillərə axışıb.

"Vatan": N.Kurtulmuş: "Yeni dünya qurulacaq”

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Türkiye Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı çıxışında “İmperialistlər nə oyun oynasalar oynasınlar millətimizin liderliyi və dünyada haqqın hökm sürdüyü yeni bir nizam qurulacaq” deyib.

“Yeni Şafak”: Kurtulmuş: "Fələstin xalqı bütün müharibələrdə yanımızdaydı”

Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türkiye Cümhuriyyətinin qurulması yolunda fələstinlilərin göstərdiyi fədakarlığa diqqət çəkib. Kurtulmuş "Bütün dünyanın gözü qabağında İsrail tərəfindən vəhşicəsinə qətlə yetirilən qəzzalılar və Fələstin xalqı keçmişdə Cümhuriyyətimizə aparan bütün müharibələrdə əcdadlarımızla eyni cəbhədə vuruşdular" deyib.



Әlaqәli Xәbәrlәr