Türkiye mətbuatı, 23 oktyabr 2023
Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.
"Haber Türk": Qəzzaya dərman və tibbi ləvazimat daşıyan Prezident Administrasiyasının təyyarəsi Misirə çatıb
Türkiyedən Qəzzaya dərman və tibbi ləvazimat daşıyant təyyarə aralarında 20 həkim də daxil olmaqla, Misirə çatıb.
"Sabah": Nazir Bolat Türkiye iqtisadiyyatı ilə bağlı açıqlama verib
Ticarət naziri Ömər Bolat dünən verdiyi açıqlamada Türkiyenin 2053-cü ildə dünyanın ilk 10 iqtisadiyyatı, alıcılıq paritetinə görə isə dünyanın ilk 5 iqtisadiyyatı arasında olmasını hədəflədiklərini söyləyib.
"Star":" Kızılelman" və ATAK-a işarə etdilər
Silah al-verində ən yaxşı seçim Türkiye olduğunu bildirən Nigeriya mətbuatı "Kızılelma" və ATAK-a işarə edərək, Nigeriya hökumətinin ATAK helikopteri ilə bağlı razılığa gəlməsinin gözlənildiyini yazıb.
"Yeni Şafak": Türkiyenin maşın ixracı 9 ayda 21 milyard dollara yüksəldi
Türkiyenin maşın ixracı ilin 9 ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 21 milyard dollara çatıb. Ən çox ixrac Almaniya, Rusiya və ABŞ-a edilib.
"Hürriyet": Dəniz Öncü Avstraliyada zirvədədir
Red Bull idmançısı Dəniz Öncü 2023-cü il Moto3 Dünya Çempionatının 16-cı ayağı olan Avstraliya Qran Prisini podiumda birinci yerdə tamamlayıb.
Әlaqәli Xәbәrlәr
Türkiyə mətbuatı, 8 oktyabr 2024
“Hürriyet”, “Star”, “Yeni Şafak”, “Haber Türk” və “Sabah” nələrdən yazır?