Türkiye mətbuatı, 22 sentyabr 2023
Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

"Yeni Şafak": Ərdoğan: "Çıxdığımız hər platformada haqqı müdafiə etdik"
Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərinin sonunda Nyu-Yorkdakı Türk Evində jurnalistlərə verdiyi müsahibədə BMT Baş Assambleyasında çatdırdığı mesajların əks-sədası və dünyada islahat çağırışı ilə bağlı deyib: "Biz iştirak etdiyimiz hər platformada həqiqəti söylədik, haqqı müdafiə etdik. BMT Baş Assambleyasında söylədiyimiz hər cümlə millətimizdən aldığımız istiqamətlə dilə gtirildi.
"Star": Son bir həftədə 42 terrorçu zərərsizləşdirilib
Türkiye Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk keçirdiyi həftəlik mətbuat konfransında "Son bir həftədə İraq və Suriyanın şimalı daxil olmaqla 42 terrorçu zərərsizləşdirilib. Beləliklə, yanvarın 1-dən etibarən zərərsizləşdirilən terrorçuların sayı 1271, 24 iyul 2015-ci ildən etibarən isə 38 min 614-ə çatıb" deyib.
"Sabah": Avropada birinci, dünyada isə dördüncü yerdəyik
Kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı dünən verdiyi açıqlamada Türkiyenin meşəsalma işlərində Avropada birinci, dünyada isə dördüncü yerdə olduğunu bildirib.
"Hürriyet": THY yenidən "World Class" mükafatını aldı
Türk Hava Yolları (THY) aviasiya sənayesinin aparıcı təşkilatlarından biri olan APEX (Airline Passenger Experience Association) tərəfindən üçüncü dəfə “World Class” mükafatına layiq görülüb.
"Vatan": Avropalı turistlər Antalyada mövsümü uzadır
Antalyada turizm mövsümü xüsusilə Qərbi Avropa ölkələrindən gələn rezervasiyalarla noyabrın ortalarına qədər uzanıb. Sentyabrın ilk həftəsinin məlumatlarına görə 11 milyon 350 min turist sayını keçən və ay sonunda 12 milyon səddini keçməyi hədəfləyən sektor nümayəndələri, oktyabr ayı rezervlərinin də çox yaxşı olduğunu açıqlayıb.
Әlaqәli Xәbәrlәr

Türkiyə mətbuatı, 4 dekabr 2023
“Hürriyet”, “Sabah”, “Yeni Şafak”, “Vatan” və “Star” nələrdən yazır?