Türkiye mətbuatı: 20 sentyabr 2023
Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.
''Vatan'': Ərdoğan: ''BMT Təhlükəsizlik Şurası 5 ölkənin siyasi strategiyalarının döyüş meydanına çevrilib''
Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirakçılara müraciət edib. Çıxışında ''Dünya beşdən böyükdür deyən Rəcəb Tayyib Ərdoğan bildirib ki, BMT Təhlükəsizlik Şurası artıq dünya təhlükəsizliyinin qarantı deyil, 5 ölkənin siyasi strategiyalarının döyüş meydanına çevrilib.
''Star'': Türkiye Qarabağdakı hərbi əməliyyatla bağlı açıqlama verdi
Türkiyə qardaş ölkə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı ilə bağlı açıqlama verib. Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu ifadələrə yer verilib: “Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu''.
''Sabah'': New Yorkda “Türkiye Yüz İli'' tanıdıldı
Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin koordinasiyası ilə Cümhuriyyətin 100-cü ildönümü ilə bağlı həyata keçirilən tədbirləri çərçivəsində “Türkiye Yüz İli'' tanıdıldı.
''Hürriyet'': OECD Türkiye iqtisadiyyatı üçün 2023-cü il üçün artım proqnozunu yüksəltdi
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Türkiyə iqtisadiyyatı üçün artım proqnozunu 3,6-dan 4,3 faizə yüksəltdi.
''Haber Türk'': Türkiye 85 milyon 386 min dollar məbləğində bulqur ixrac edib
2023-cü ilin yanvar-avqust dövründə Türkiyədən 85 milyon 386 min dollarlıq bulqur ixrac olunub. Ölkə üzrə bulqur ixracatında İraq birinci, Rusiya ikinci, Suriya isə üçüncü yerdədir".