Türkiye mətbuatı, 7 avqust 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2020913
Türkiye mətbuatı, 7 avqust 2023

"Star": Türkiyedən İsveçə ultimatum: "Öhdəlikləri yerinə yetirin"

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib: “Terror təşkilatı PKK/YPG tərəfdarlarının İsveçin paytaxtı Stokholmda Türkiye Cümhuriyyətini və prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan təxribatını və buna göz yuman İsveç rəsmilərinin bu məsələyə münasibətini sərt şəkildə qınayırıq. İsveç hakimiyyəti öz öhdəliklərini yerinə yetirməlidir”.

"Hürriyet": “Aİ-dən Türkiyeyə vizanın sadələşdirilməsi bəyanatı”

Aİ-nin yüksək rütbəli rəsmisi bildirib:"Türkiyenin viza rejiminin sadələşdirilməsi məsələsi payızda müzakirə olunacaq. Türkiye ortaq maraq doğuran bir çox sahədə namizəd ölkə və əsas tərəfdaş olmaqda davam edir.

"Sabah": DW-nin qavrayış əməliyyatı deşifrə edilib

Almaniyada fəaliyyət göstərən "Deutsche Welle" (DW) yayım şirkəti Türkiyenin Muğla vilayətinin Milas qəsəbəsindəki istilik elektrik stansiyaları üzərindəki qavrayış əməliyyatı bir daha deşifrə edilib. DW Almaniya hökumətinin kömür elektrik stansiyalarını işə salmasını oxucularına “Rusiya təbii qazına alternativ” kimi, Milasdakı stansiyalar isə “xalq sağlamlığını təhdid edir” deyə təqdim etdi.

"Habertürk": Avtomobil ixracı iyul ayında 33 faiz artdı

Türkiyenin avtomobil sənayesi iyul ayında 33,2 faiz artımla 2,7 milyard dollarlıq ixrac həyata keçirib. Sektorun yanvar-iyul dövründə ixracı 16 faiz artaraq 20,1 milyard dollar oldu.

"Yenişafak": Mete Qazoz dünya çempionu

Almaniyanın paytaxtı Berlində keçirilən oxatma üzrə dünya çempionatının finalında milli oxatan Mete Qazoz kanadalı rəqibi Erik Petersi məğlub edərək çempion oldu.



Әlaqәli Xәbәrlәr