Türkiye mətbuatı: 14 iyun 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1999308
Türkiye mətbuatı: 14 iyun 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Hürriyet'': Ərdoğan: ''Türkiyenin Naxçıvanla əlaqəsi güclənəcək''

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanda dünən etdiyi çıxışında Zəngəzur dəhlizinin Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayacağını bildirib. Ərdoğan deyib: "Zəngəzur məsələsini tez bir zamanda həll etsək, bu, bizə iki mühüm addım qazandıracaq. Həm magistral, həm də dəmir yolu mövzusunda atılacaq addımla İğdırla Naxçıvan arasındakı əlaqə güclənəcək".

''Star'': İlham Əliyev: Türkiye və Azərbaycan bundan sonra xarici siyasətdə ortaq mövqe nümayiş etdirəcək

Azərbaycan Prezidenti İlham Əliyev dünən verdiyi açıqlamada “Bundan sonra Türkiye və Azərbaycan xarici siyasətdə ortaq mövqe nümayiş etdirəcəklər. Xarici siyasətdə birgə fəaliyyətimiz də region üçün böyük əhəmiyyət kəsb edir. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi üçün Türkiye-Azərbaycan birliyi çox önəmlidir” deyib.

''Sabah'':  Almaniya mətbuat orqanlarının nümayəndələri ''Togg'' avtomobilinin istehsal olunduğu fabrikdə olub

Almaniya mətbuat orqanlarının nümayəndələri Türkiyenin yerli və milli layihəsi olan ''Togg''un Bursanın Gemlik qəsəbəsindəki Texnologiya Kampusunda olublar. ''Togg''un fabriki almanların diqqətlərini cəlb edib.

''Yeni Şafak'': THY Teknik və ''Emirates'' aviaşirkəti arasında müqavilə bağlanıb

Türk Hava Yolları (THY) Texniki Anonim Şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərinin ''Emirates'' aviaşirkəti arasında texniki xidmətə dair müqavilə imzalanıb.

''Haber Türk'': Türkiye Statistika Təşkilatı aprel ayına dair ixrac indeksini açıqlayıb

Türkiye Statistika Təşkilatı aprel ayında həyata keçirilən ixrac əməliyyatlarına dair indeksi açıqlayıb.Məlumata əsasən, ixrac həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artıb.



Әlaqәli Xәbәrlәr