Türkiyə mətbuatı, 7 iyun 2023

“Vatan”,  “Hürriyet”, “Yeni Şafak”, “Sabah” və “Haber Türk” nələrdən yazır?

1996272
Türkiyə mətbuatı, 7 iyun 2023

 

“Vatan”: Ərdoğandan inflyasiya ilə mübarizə vurğusu

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni kabineti ilə ilk iclasını Prezident Aparatında keçirdi. Görüşdən sonra açıqlama verən Ərdoğan inflyasiyaya səbəb olan yaşayış minimumunu və həddindən artıq qiymətləri vətəndaşların gündəmindən çıxarmaqda qərarlı olduqlarını vurğuladı.

“Hürriyet”: “Al-Jazeera”dan heyrətamiz Ərdoğan analizi

  Mayın 28-də keçirilən seçkilərdə qalib gələn prezident R.T.Ərdoğan dünya mətbuatının bir nömrəli gündəmi olmağa davam edir. İngiltərənin “Al-Jazeera” kanalında "Ərdoğanın yenidən prezident seçilməsi Türkiyə-Körfəz münasibətləri üçün nə deməkdir?" sualına maraqlı cavab verilib: “Türkiyə prezidentinin regiondakı dövlət başçıları ilə şəxsi əlaqələri iqtisadi və müdafiə sahəsində müqavilələri artıracaq”.

“Yeni Şafak”: Dezinformasiya ilə mübarizədə güzəştə getmək olmaz

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun deyib: "Dünyada dezinformasiyaya ən çox məruz qalan ölkələrdən biri olaraq dezinformasiyaya qarşı mübarizəmiz barışmaz şəkildə davam edəcək".

“Sabah”: Hər zaman ən yüksək

  Türkiyə kənd təsərrüfatı sektoru 14 milyard 58 milyon dollarla 2023-cü ilin yanvar-may ayları dövründə bütün zamanların ən yüksək ixracatını əldə etdi.

“Haber Türk”: Türkiyə lirəsi ilə xarici ticarətin həcmi 287 milyardı keçib

  2023-cü ilin yanvar-may ayları dövründə Türkiyə lirəsi ilə reallaşan xarici ticarət həcmi əvvəlki ilin eyni dövrünə görə 138,8 faiz artaraq 287 milyard 59 milyon olub.



Әlaqәli Xәbәrlәr