Türkiye mәtbuatı: 6 iyun 2023

Türkiye mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1995744
Türkiye mәtbuatı: 6 iyun 2023

Türkiye mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Sabah’’: Nazir Yaşar Gülər: “Son terrorçu zərərsizləşdirilәnә qədər mübarizəmizi davam etdirəcəyik”

Milli Müdafiə naziri Yaşar Gülər ​​dünən verdiyi açıqlamada "Son terrorçu zərərsizləşdirilənə qədər ölkəmizin sülh və təhlükəsizliyini təhdid edən hər cür terror təşkilatına qarşı mübarizəmizi davam etdirəcəyik" deyib.

‘‘Hürriyet’’: Hakan Fidan: ‘‘Mənə göstərilən etimada görə təşəkkür edirəm’’

Türkiyenin xarici işlər naziri vəzifəsinə təyin edilən Hakan Fidan dünənki təhvil-təslim mərasimindəki çıxışında deyib: ‘‘Mənə göstərilən etimada görə təşəkkür edirəm’’

‘‘Yeni Şafak’’: İbrahim Kalın Milli Kəşfiyyat Təşkilatının rəhbəri vəzifəsinə təyin edilib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan İbrahim Kalını Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsinə təyin edib.

Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.

Qeyd edək ki, İbrahim Kalın indiyədək Türkiye Prezidentinin sözçüsü vəzifəsini icra edib.

‘‘Star’’: Şahbaz Şərif: Türkiye ilə bir bədəndə döyünən iki ürək kimiyik

Pakistan Baş naziri Şahbaz Şərif Türkiye ilə Pakistan arasındakı əlaqələrlə bağlı deyib: ‘‘Ölkələrimiz bir bədəndə eyni anda döyünәn iki ürək kimidir’’. Şahbaz Şərif bildirib ki, Pakistan və Türkiye yaxın gәlәcәkdә ticarәti inkişaf etdirmәk vә qarşılıqlı inkişafı tәmin etmәk üçün әmәkdaşlıqlarını güclәndirәcәk.

‘‘Haber Türk’’: May ayına dair inflyasiya sәviyyәsi açıqlandı

May ayında illik inflyasiya sәviyyәsi  39,54 % təşkil edib. Beləliklə, 7 ayda inflyasiya sәviyyәsinin aşağı düşdüyü müşahidә olunub.



Әlaqәli Xәbәrlәr