Türkiye mətbuatı: 31 may 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1993233
Türkiye mətbuatı: 31 may 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Star'': Ərdoğan: ''Sülh və sabitliyin təmin olunması üçün çalışacağıq"

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropadan Qara dənizə, Qafqaz və Yaxın Şərqdən Şimali Afrikaya qədər Türkiyə ətrafında təhlükəsizlik və sülh qurşağı qurmağı hədəflədiklərini söyləyib.
Paytaxt Ankarada keçirilən Türkiye Palatalar və Birjalar Birliyinin (TOBB) 79-cu Baş Assambleyasında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin üzləşdiyi problemlərə birlikdə həll yolları tapacaqlarını bildirib.
Türkiye Prezidenti bildirib ki,''Türkiye yüz ili''ni  birlikdə inşa edəcəyik.
Rifah səviyyəsini yüksəltmək üçün addım atmaqda qətiyyətli olduqlarını ifadə edən Rəcəb Tayyib Ərdoğan deyib: ''İnflyasiya səviyyəsinin birrəqəmli olmasını təmin edən bir izidk, yenə biz olacağıq''.
Türkiye Prezidenti Nazirlər Kabineti formalaşdiqdan sonra xarici ölkələrə səfər etməyə başlayacağını ifadə edib.

''Habertürk'': Şərqi Qara dənizdən 4 ayda 28,5 milyon dollar məbləğində qızılbalıq ixrac edilib
Şərq Qara dəniz bölgəsindən yanvar-aprel aylarında ixtac edilən qızılbalıqdan əldə edilən gəlir 28 milyon 479 min 226 dollara çatıb.

''Hürriyet'': Adil Karaismailoğlu: ''3-cü qatarın bu ilin 3-cü rübündə hazır olması planlaşdırılır"
Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu 3-cü qatarın sınaqlarının davam etdiyini bildirib. Adil Karaismailoğlu deyib:"Bu ilin 3-cü rübündə sərnişin daşımaya hazır olması planlaşdırılır".
''Yenisafak'': THY ən güclü aviaşirkətlər siyahısının 8-ci pilləsində qərarlaşıb
Türk Hava Yolları "Brand Finance" analitika agentliyinin ''2023-cü ilin ən güclü hava yolları brendləri" ilə bağlı apardığı araşdırmada 78,1 xalla  8-ci pillədə qərarlaşıb.
''Sabah'': Qalatasaray çempion oldu
Türkiye Super Liqasında 2022/2023 mövsümünün çempionu müəyyənləşib. ''Qalatasaray'' səfərdə “Ankaragücü”nü 4:1 hesabı ilə məğlub etməklə çempion olub.



Әlaqәli Xәbәrlәr