Türkiyə mətbuatı, 30 may 2023

“Haber Türk”, “Yeni Şafak”, “Star”, “Sabah” və “Vatan” nələrdən yazır?

1992668
Türkiyə mətbuatı, 30 may 2023

 

“Haber Türk”: Bayden və Putindən Ərdoğana təbrik telefon zəngləri

  ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək onu yenidən seçilməsi münasibətilə təbrik ediblər. İki ölkə başçısı Türkiyə ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

“Yeni Şafak”: Türkiyəyə dost olan qalib gələcək

  Dünyanın “2023-cü ilin ən mühüm seçkisi” olaraq gördüyü 28 May Ərdoğan qələbəsi NATO-dan Avropa İttifaqına, Rusiya-Ukrayna müharibəsindən Yaxın Şərqə, Aralıq dənizi, immiqrasiya və Şərq-Qərb əlaqələrinə qədər bir çox qlobal proseslərə təsir edəcək. Bu səbəbdən ölkə başçıları dərhal zəng və təbrik edərək R.T.Ərdoğana “Əməkdaşlıq edək” mesajını verdilər.

“Star”: “Türkiyə əsri” başladı

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun bildirdi: “Türkiyə əsri” prezident R.TƏrdoğanın rəhbərliyi ilə başladı. Qardaş, dost və müttəfiq ölkələri bu mübarək gündə güclü və böyük Türkiyənin yanında görməkdən məmnunuq”.

“Sabah”: İş dünyasından etimad və sabitlik mesajları

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdə önə keçməsi iş dünyasını da sevindirdi. Biznes nümayəndələri “Millət inam və sabitliyə səs verdi”, “Qeyri-müəyyənlik dövrü bitdi”, “Yeni dövr Türkiyənin əsri olacaq” deyə bildirdilər.

“Vatan”: İqtisadi güvən indeksi son 20 ayın ən yüksək səviyyəsindədir

  Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nebati “twitter” hesabından etdiyi şərhdə bildirdi: "İqtisadi güvən indeksi 2023-cü ilin may ayında aprelə görə 1,5 bənd artaraq son 20 ayın ən yüksək səviyyəsi olan 103,7-yə çatdı".

 



Әlaqәli Xәbәrlәr