Türkiye mətbuatı, 29 may 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1992178
Türkiye mətbuatı, 29 may 2023

"Haber Türk": Prezident Ərdoğanın 17-ci qələbəsi

Prezident Hökümət Sistemi ilə ilk dəfə ikinci turu yaşayan Türkiye Rəcəb Tayyib Ərdoğanı bir daha prezident seçdi. Bütün vilayətlərdə və xaricdə səslərini artıran Ərdoğan yarışı rəqibi Kamal Kılıçdaroğlunu qabaqlayaraq, yerli və ümumi seçkilərdə 17-ci qələbəsini elan etdi.

"Hürriyet": Prezident Ərdoğan: "14 və 28 Mayın qalibi 85 milyon vətəndaşımızdır"

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda 2-ci prezident seçkilərindən sonra bayram edən xalqa müraciət edib. Ərdoğan "14 may və 28 may seçkilərinin qalibi 85 milyon vətəndaşımızın hamısıdır. Bir şeyi də dedim ki, biz elə qazanacağıq ki, heç kim uduzmasın, ona görə də bu gün qalib yalnız Türkiyedir".

"Sabah": Türkiyeyə təbrik mesajları yağır

Prezident seçkilərindən sonra dünyanın hər yerindən prezident Ərdoğana təbrik mesajları gəldi. Azərbaycan Prezidenti İlham Əliyevdən Qətər əmiri Şeyx Təmim bin Hamed Al Taniyə, Liviyanın baş naziri Dibeybedən Pakistanın baş naziri Şərifə qədər bir çox lider Ərdoğanı təbrik edib.

"Star": Qətərdəki Əl Jaber qüllələri prezident Ərdoğanın fotoşəkili və Türkiye bayrağı ilə işıqlandırılıb

Qətərin simvolik tikililərindən biri olan Əl Jaber qüllələri Türkiyedə keçirilən prezident seçkilərinin ikinci turundakı uğuruna görə Türk bayrağı və prezident Rəcəb Tayyib Ərdoğanın fotoşəkili ilə işıqlandırılıb.

"Vatan": Putin Ərdoğanı təbrik etdi

Rusiya prezidenti Vladimir Putin göndərdiyi təbrik mesajında prezident Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qazandığı uğurlar münasibətilə təbrik edib.



Әlaqәli Xәbәrlәr