Türkiye mətbuatı, 26 may 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1991021
Türkiye mətbuatı, 26 may 2023

"Yenişafak": ANKA-dan 100 milyon dollarlıq ixrac uğuru

Türk Aerokosmik Sənayesi (TUSAŞ) təxminən 100 milyon dollara Malayziyaya 3 ədəd ANKA (pilotsuz uçuş aparatı) sistemi ixrac edəcək.

"Sabah": Nazir Dönməz: "Avropada 5-ci, dünyada 12-ci yerdəyik"

Bərpa olunan enerji ilə bağlı enerji və təbii sərvətlər naziri Fatih Dönmez "Avropada 5-ci, dünyada isə 12-ciyik. Hazırda quraşdırılan enerjimizin 55 faizi bərpa olunan enerji mənbələrindən təmin olunur" deyib.

"Star": İrandan diqqət cəlb edən "təbii qaz" açıqlaması

İran Milli Təbii Qaz Şirkətinin (NIGC) baş direktoru Mecid Çegeni ölkəsinin Avropaya təbii qaz ixrac edəcəyi təqdirdə bunu Türkiye üzərindən həyata keçirəcəklərini bildirib.

"Hürriyet": "Mavi Bayraqlı" çimərliklərin sayı 551-ə çatıb

Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına görə, 2023-cü ilin "Mavi Bayraq" mükafatları Beynəlxalq "Mavi Bayraq" münsiflər heyəti tərəfindən elan edilib. Buna uyğun olaraq bu il mavi bayraq Türkiyedə 551 çimərlik, 23 marina, 14 turizm gəmisi və 10 fərdi yaxtada dalğalanacaq.

"Habertürk": "Türkiye bal ixracından 4 ayda 13,5 milyon dollar qazanıb

Yanvar-aprel dövründə Türkiyedən bal ixracı 13 milyon 468 min dollara çatıb.



Әlaqәli Xәbәrlәr