Türkiye mətbuatı: 25 may 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1990529
Türkiye mətbuatı: 25 may 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Haber Türk'': Rəcəb Tayyib Ərdoğan: ''Suriyalıları ölkələrinə  göndərməyə başladıq”

Prezident Rəcəb Tayyib Ərdoğan ölkədəki vətəndaş müharibəsindən qaçaraq Türkiyeyə sığınan suriyalıların evlərinə göndərməyə başladıqlarını bildirib. Türkiye Prezidenti deyib: "Suriyanın şimalında 1 milyon qaçqını yerləşdirəcəyimiz evlərin tikintisi davam edir".

''Hürriyet'': “Türkiye və Qətər Suriyada mənzil inşa edir.

Türkiye və Qətərin əməkdaşlığı ilə Suriyanın 9 fərqli bölgəsində 1 milyon insanın məskunlaşacağı  240 min evin birinci mərhələsinin təməlqoyma mərasimi keçirilib. Cerablusda keçirilən mərasimdə çıxış edən daxili işlər naziri Süleyman Soylu deyib:“554 min könüllü Suriyaya qayıdıb''.

''Sabah'': Mavi vətənin yeni gücü SİDA

Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir, silahlı pilotsuz dəniz vasitəsinin (SİDA) Mavi Vətənin yeni gücü olacağını söylədi. NATO təlimində də diqqət çəkən SİDA-nın dənizdən dənizə, dənizdən dənizin dibinə hücum edə biləcək qabiliyuyətə malik olduğunu vurğulayan Demir deyib: “Hər sahədə iddialıyıq. Bizi izləməyə davam edin''.

''Star'': Fatih Dönməz əhəmiyyətli bəyanatlar verib

Türkiyenin enerji və təbii sərvətlər naziri Fatih Dönmez deyib: 'Şərqi Qara dəniz bölgəsində daha çox neftin olduğuna dair izlər var. 2023-cü ilin sonuna qədər Ordu və Rizə sahillərində axtarış-kəşfiyyat fəaliyyətləri aparılacaq.

''Yeni Şafak'': “Yunan mətbuatı: Türkiyə böyük gücə çevrildi”

Yunanıstanın SL Press qəzeti Türkiyenin bütün sektorlarda böyük gücə çevrildiyi ilə bağlı xəbər yayıb.Xəbərdə Türkiyenin Avrasiya, Balkanlar və İslam dünyası ilə mühüm ticarət əlaqələr yaratdığını, avtomobil sənayesində söz sahibi olduğunu, gəmiqayırma və təmir mövzusunda  dünyanın ilk 10 ölkəsi arasında yer aldığı bildirilib.



Әlaqәli Xәbәrlәr