Türkiye mətbuatı, 17 may 2023

Türkiye mətbuatında dərc olunan xəbərlərin xülasəsi.

1987329
Türkiye mətbuatı, 17 may 2023

"Vatan": Türkiye dünyanın diqqət mərkəzindədir

Türkiyenin 13-cü prezidentinin kimin olacağını müəyyən etmək üçün seçicilər mayın 28-də yenidənsəs verəcək və Rəcəb Tayyib Ərdoğanla Kamal Kılıçdaroğlu arasında seçim edəcəklər. Bir çox beynəlxalq televiziya və qəzetlər 2023-cü ilin ən mühüm hadisələrindən biri kimi göstərilən seçkini diqqət mərkəzində saxlayaraq, baş verənləri anbaan oxucuları və izləyiciləri ilə bölüşür.

"Star": Dünya Türkiyedən danışır

Mayın 14-də keçiriləcən prezident və parlament seçkilərinin bütün dünyada əks-sədası davam edir. “Washington Post” qəzeti “Türkiyedə seçkilərin ikinci tura qalması ilə bağlı üstünlük Ərdoğana məxsusdur” başlıqlı xəbər dərc edib. "Financial Times" isə 'Ərdoğan üstünlük təşkil edir' yazıb. Almaniyada dərc olunan jurnalı "Spiegel" isə yazıb ki, anketlər səhv çıxdı. Ən yaxşı nəticəni Ərdoğan aldı.

"Haber Türk": Yüksək Seçki Şurasının xaricdə səsvermə qərarı

Yüksək Seçki Şurası (YSK) prezident seçkiləri üçün ikinci tur səsvermə üçün ABŞ, Kanada, Avstraliya, İrlandiya və İngiltərədə 2 gün olan səsvermə müddətinin 4 günə uzadılmasına qərar verib. Qeyd olunan ölkələrdə seçicilər mayın 20-dən 24-dək səs verə biləcəklər.

"Yeni Şafak": Ərdoğan: "Son terrorçu məhv edilənə qədər dayanmayacağıq”

Prezident Rəcəb Tayyib Ərdoğan Şırnak vilayətinin Bestler Dərələr bölgəsində separatçı terror təşkilatı PKK-ya qarşı əməliyyatda şəhid olan əsgərlər üçün başsağlığı verib: “Biz separatçı terror təşkilatı PKK-ya və onun sərhədlərimizin daxilində və xaricindəki qollarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik və son terrorçu məhv edilənə qədər dayanmayacağıq”.

"Sabah": "Çanaqqalada itkin olan şəhidlik aşkarlandı

Çanaqqala Onsekiz Mart Universiteti (ÇOMÜ) Atatürk və Çanaqqala Döyüşlərini Araşdırma Mərkəzinin (AÇASAM) direktoru Doktor Barış Borlat və hərb tarixi üzrə mütəxəssis Ömər Arslan 1000 arxiv sənədini təhlil edərək Conkbayırı döyüşündə 108 ildən sonra itkin olan şəhidliyi tapıblar. Arslan "Aşkarladığımız bu yerdə çoxlu şəhidlərimizin kəllə və sümük parçalarını, qəbiristanlıq şəklində daş yığınlarını görmüşük" deyib.



Әlaqәli Xәbәrlәr