Türkiye mətbuatı, 8 may 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1983765
Türkiye mətbuatı, 8 may 2023

"Sabah": Çavuşoğlu Türkiyenin Xartumdakı səfiri Çobanoğlunun maşınına edilən hücumla bağlı danışıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyenin Xartumdakı səfiri İsmayıl Çobanoğlunun maşınına atəş açılması ilə bağlı Sudanda Ordu və xüsusi təyinatlılar ilə danışıqların davam etdiyini bildirib. Çavuşoğlu "Xüsusi qüvvələrimiz də daxil olmaqla ordakı vətəndaşlarımızdan, səfirimiz və digər cangüdənlərimizdən heç kim xəsarət almayıb, avtomobildə ziyan var" deyib.

"Hürriyet": “Fatih" qazma gəmisi "Amasra-3" sahəsində qazma işlərinə başladı

Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti ''Fatih'' qazma gəmisinin ''Amasra-3'' sahəsində axtarış-kəşfiyyat işlərinə başladığını bildirib.

TPAO-nun rəsmi ''Twitter'' səhifəsində edilən paylaşımda bu ifadələrə yer verilib: ''Türkiyənin qüruru ''Fatih'' qazma gəmisi  ''Amasra-3'' sahəsində axtarış-kəşfiyyat işlərinə başladı. Türkiye enerji müstəqilliyinə nail olmaq hədəfi çərçivəsində quruda və dənizdə axtarış- kəşfiyyat işlərini davam etdirir''.

"Vatan": Qabar nefti axmağa başladı

Türkiyenin indiyə qədər kəşf edilən ən keyfiyyətli nefti Qabarda axmağa başlayıb. Qabardan verilən məlumata görə, 1 milyard barell ehtiyata çatılıb.

"Star": Dünya şöhrətli məşhur ingilis Türkiyeni tərifləyib

Türkiyenin dünyada nüfuzunun gündən-günə artdığını qeyd edən məşhur ingilis akademik Nikolas J. Kull "TB2" SİHA-ların Türkiyenin gücünün ifadəsi olduğunu bildirib.

"Haber Türk": "TRT təbii" yayım həyatına başladı

Türkiye Radio və Televiziya Qurumunun (TRT) Beynəlxalq Rəqəmsal Platforması "Təbii" uzun hazırlıq prosesindən sonra dünən tamaşaçıların görüşünə çıxdı. Platformada döyüş filmlərindən komediyaya, tarixi dramdan animasiyaya qədər çoxlu məzmun var. "Tabii"yə "www.tabii.com" saytından daxil olmaq olar.



Әlaqәli Xәbәrlәr