Türkiye mətbuatı, 2 may 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1981496
Türkiye mətbuatı, 2 may 2023

"Haber Türk": Yerli döyüş təyyarəsinin adı Kaandır"

Prezident Rəcəb Tayyib Ərdoğan milli döyüş təyyarəsinin adının “Kaan” olduğunu açıqlayıb. ""Kaan" çox tezliklə uçacaq. Hərb şəraitində radarlara görünmədən düşmənin üzərinə hücum edəcək. Dünyada bu tip 5-ci nəsil döyüş təyyarəsi istehsal edən 5 ölkədən biri olacağıq”, - deyə Ərdoğan qeyd edib.

"Yeni Şafak": “İstiqbalin əsri” tanıtım proqramı təşkil olundu

Türkiye Aerokosmik Sənayesi (TUSAŞ) müəssisələrində “İstiqbalin əsri" tanıtım proqramı” keçirilib. Proqram çərçivəsində Türkiyenin yerli və milli təyyarələri birlikdə havaya qalxıb. "Atak", "Gökbey" və "T70" helikopterləri, əsas təlim təyyarəsi "Hürkuş" uçuş nümayişi keçirib.

"Hürriyet": “Bu il "TEKNOFEST"də dünya iştirak rekordu qırıldı

Bu il dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "TEKNOFEST"də dünya iştirak rekordu qırılıb. 5 gün ərzində festivalda 1 milyon müsabiqəçi və 2,5 milyondan çox ziyarətçi iştirak edib.

"Sabah": MİT-in DEAŞ-a qarşı əməliyyatı

Türkiye Suriyada terror təşkilatı DEAŞ-ın sözdə başçısı “Əbu Hüseyn əl-Qureşi” kod adlı terrorçunu zərərsizləşdirərək terrorla necə mübarizə apardığını dünyaya nümayiş etdirdi. Milli Kəşfiyyat Təşkilatı ABŞ-ın DEAŞ-la mübarizə apardığını bəhanə gətirərək terror təşkilatı PKK/YPG-yə dəstək vermənin taktika səhvi olduğunu bir daha ortaya qoyub.

"Vatan": 4 ayda Antalyaya 1 milyon 798 min turist gəldi

İlin 4 ayında Antalyaya hava yolu ilə gələn turistlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48 faiz artaraq 1 milyon 798 min 595 nəfər olub. Antalyaya ən çox turist 446 min 542 ilə Almaniyadan gəlib. Bu ölkəni müvafiq olaraq Rusiya, İngiltərə, Hollandiya, Polşa, İsrail, Litva, İran, Belçika və Qazaxıstan izləyib.



Әlaqәli Xәbәrlәr