Türkiye mətbuatı, 31 mart 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1967741
Türkiye mətbuatı, 31 mart 2023

"Hürriyet": MTŞ-nın iclasında əsas diqqət zəlzələlərin fəsadlarının aradan qaldırılmasına yönəldilib

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə mart ayının 30-da Milli Təhlükəsizlik Şurasının iclasında zəlzələlərin fəsadlarının aradan qaldırılması, Yunanıstanla ikitərəfli münasibətlərdə müsbət ab-havanın qorunub saxlanılması, terrorla mübarizə əməliyyatlarının davam etdirilməsi və mayın 14-də keçiriləcək seçkilər zamanı təhlükəsizlik məsələləri müzakirə olunub.

"Yenişafak": Finlandiyanın NATO üzvlüyünün təsdiqi

Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi Türkiye Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilidi.

"Vatan": "Kızılelma"dan daha bir uğur

"Baykar" şirkətinin tamamilə öz imkanları ilə və bənzərsiz şəkildə inkişaf etdirdiyi pilotsuz döyüş təyyarəsi səmada sınaqlarına uğurla davam edir. Orta Hündürlük Sisteminin İdentifikasiyası Testi də uğurla tamamlandı.

"Star": Türkiyəyə ilk səfər başladı

İsrailin "El Al" Qrupunun törəmə şirkəti olan Sun d'Or Hava Yolları 16 illik fasilədən sonra Türkiyeyə uçuşlarının bərpa olunduğunu açıqlayıb.

"Sabah": Rusiyada Türkiyedə yay tətili paketlərinin 30-40 faizi Rusiyada satılıb

Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) Rusiya turoperatorlarının erkən rezervasiya kampaniyası çərçivəsində Türkiyedə yay tətil paketlərinin 30-40 faizini satdıqlarını bildirib.



Әlaqәli Xәbәrlәr