Türkiye mətbuatı, 23 mart 2023
Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

"Habertürk": Ərdoğan: "Hər kəs Türkiyenin taxıl dəhlizindəki uğurdan danışır"
Prezident Rəcəb Tayyib Ərdoğan, Qara dəniz "Taxıl sazişi" ilə bağlı özəl televiziyalardan birinə verdiyi müsahibədə "Rusiya-Ukrayna müharibəsində vasitəçi ölkə kimi barmaqla göstərilən yeganə ölkə Türkiyedir. Biz əsasən bu mövzuda dünyada qəbul olunmuşuq. Türkiyenin Qara dəniz "Taxıl sazişi" sahəsindəki uğuru hamının dilindədrir" deyib.
"Star": Türkiye İsraili qınadı
Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağından çıxarılması və İordan çayının qərb sahilindəki bəzi qeyri-qanuni yaşayış məntəqələrinin boşaldılması ilə bağlı qanuna edilən dəyişiklikləri pisləyib.
"Sabah": Türkiye donanmasının gücünə güc qatacaq
Türkiyenin müdafiə sənayesinin qabaqcıl şirkətlərindən biri olan ASELSAN sualtı müdafiə sistemləri sahəsində təcrübəsi ilə Türkiye Hərbi Dəniz Qüvvələri üçün sualtı hədəfinə doğru səssizcə hərəkət edən “avtonom sualtı vasitə” hazırlayıb.
"Hürriyet": İstanbul Hava Limanı dalbadal 3-cü dəfə "İlin Hava Limanı" mükafatını aldı
İstanbul Hava Limanı dünya aviasiya sənayesinin aparıcı nəşrləri arasında olan "Hava Nəqliyyatı Mükafatları"nda 2021 və 2022-ci illərdən sonra cari il 'İlin Hava Limanı' seçildi.
"YeniŞafak": "Məsut Özil futboldan getdiyini açıqladı"
2021-ci ildə İngiltərə Premyer Liqa təmsilçisi "Arsenal"dan "Fənərbağça"ya transfer olunan və sonuncu dəfə "Başakşəhər"də çıxış edən Məsut Özil aktiv futbolçu karyerasını başa vurub.