Türkiye mətbuatı, 17 mart 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1961193
Türkiye mətbuatı, 17 mart 2023

"Haber Türk": AK Partiya və MHP-nin prezidentliyə namizədi Ərdoğan

Türkiyə Böyük Millət Məclisində (TBMM) Ədalət və İnkişaf Partiyası (AK Partiya) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) qrupları Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı qrup qərarını verib.

"Hürriyet": Ərdoğan: "Millətimiz türk dövlətlərinin dəstəyini unutmayacaq”

Prezident Ərdoğan Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısında türk dünyası liderlərinə müraciət edib. 6 Fevral zəlzələsində Türk dünyasının ilk yardım edənlər arasında olduğunu bildirən Ərdoğan "Əziz millətimiz dəstəyinizi heç vaxt unutmayacaq" deyib.

"Star": Ərdoğan: "Putin və Zelenskini danışıqlara qaytarmağa çalışırıq”

Prezident Ərdoğan Rusiya və Ukrayna tərəflərinin yenidən danışıqlar masasına oturması üçün sona qədər səylərini davam etdirəcəklərini bildirib. Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə müntəzəm təmasda olduqlarını vurğulayan Ərdoğan “Vasitəçilik etdiyimiz Qara dəniz "Taxıl sazişi" və geniştərkibli məhbus mübadiləsi göstərdi ki, tərəflər ortaq fikirdə görüşə bilərlər” deyib.

“Yeni Şafak”: Əliyev: "Türkiye dünyada nüfuzlu ölkədir”

Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyenin təkcə regionda deyil, bütün dünyada sayılıb-seçilən dövlətə çevrildiyini, həm də güc mərkəzi olduğunu bildirib.

"Sabah": "TOGG" rəqiblərini üstələdi

Türkiyenin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “TOGG”-un ilk modeli T10X, C-SUV, Çin, Cənubi Koreya və Avropa markalarının modelləri də daxil olmaqla, çeşid, şarj və qiymət üstünlüyü baxımından öz seqmentindəki digər elektrikli avtomobilləri geridə qoydu. "TOGG" T10X-in kokpitindəki ekrandan ağıllı məişət texnikası, səyahət planlaması və onlayn alış-verişə də nəzarət etmək mümkündür.



Әlaqәli Xәbәrlәr