Türkiyə mətbuatı, 8 fevral 2023

“Haber Türk”, “Hürriyet”, “Vatan”, “Sabah” və “Star” nələrdən yazır?

1943432
Türkiyə mətbuatı, 8 fevral 2023

 

“Haber Türk”: 10 rayon üçün fəlakət zonaları və üç ay fövqəladə vəziyyət

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərlə əlaqədar 10 rayonun fəlakət bölgəsi elan edildiyini və 3 ay müddətində fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

“Hürriyet”: Ərdoğandan dünya ölkələri başçılarına təşəkkürlər

  Türkiyə prezidenti R.T.Ərdoğan zəlzələ ilə əlaqədar ona zəng edən dövlət və hökumət başçılarına təşəkkür edərək deyib: “Ölkəmizin bu ağır günündə bizi arayan, mesajlar göndərən, bəyanatlar verən bütün dostlarımıza, dövlət və hökumət başçılarımıza öz dəstək və yardım təkliflərini verdikləri üçün təşəkkür etmək istəyirəm. Beynəlxalq ictimaiyyətin dəstəyi bizim üçün gələcək yardımın xarakterindən daha çox mənəvi təsiri ilə dəyərlidir”.

“Vatan”: Dünyaşöhrətli sənətçilərdən Türkiyəyə dəstək mesajları yağdı

  Kahramanmaraş mərkəzli zəlzələlərdə dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə işləri davam edərkən digər tərəfdən dünyanın məşhur adamlarından Türkiyəyə dəstək mesajları gəlir. Rassel Krou (Russell Crowe), Antonia Banderas, Yevqeni Qrinko (Evgeni Grinko), Mark Alan Ruffalo, Cey Cey Yohanson (Jay Jay Johanson), Dua Lipa və Mark Eliyahu da daxil olmaqla bir çox aktyor və sənətçi sosial media vasitəsilə Türkiyəyə başsağlığı verib.

“Sabah”: Türkiyə bir ürək oldu

  Antaliyada zəlzələdən zərər çəkənlər üçün turizmçilər tərəfindən 9450 otaq hazırlanıb. 15 min zəlzələ qurbanına otaqlı yer ayrılıb. Otaqların sayının artırılması istiqamətində işlər sürür.  

  Şəhərdə bölgədəki axtarış-xilasetmə fəaliyyətlərində iştirak etmək üçün minlərlə könüllü müraciət edib. Qan vermək istəyən vətəndaşlar da qan mərkəzlərində uzun növbələr yaradıblar.

“Star”: Bir çox ölkədən Türkiyəyə yardım

  Bir çox ölkə Kahramanmaraş da daxil olmaqla 10 rayonda baş verən zəlzələ qurbanları üçün yardım fondu yaradıb. Pakistanın baş naziri Şahbaz Şərifin tövsiyyəsi ilə Türkiyə üçün fond qurulub. Tayvan 2 milyon dollar yardım edəcəyini açıqlayıb. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da Türkiyə və Suriyaya humanitar yardım fondu yaradacaqlarını bildirib. Qırğızıstan da zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına başlayıb.

 



Әlaqәli Xәbәrlәr