Türkiye mətbuatı, 7 yanvar 2023

Türkiye mətbuatında dərc olunan xəbərlərin xülasəsi.

1942943
Türkiye mətbuatı, 7 yanvar 2023

"Hürriyet": Ərdoğan: "Gün həmrəy olmağın günüdür”
Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələnin ötən əsrdə 1939-cu ildə Ərzincan zəlzələsindən sonra ən böyük fəlakət olduğunu bildirdi. Ümid edirəm ki, ölkə və millət olaraq birlik və həmrəylik içində bu fəlakətli günləri arxada qoyacağıq Gün 85 milyon bir ürək, bir bilək olmağın günüdür” dedi.

"Haber Türk": Vətəndaşlar zəlzələdə yaralananlar üçün qan verməyə tələsdi
Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra Qızıl Aypara Cəmiyyətinin sədri Doktor Kərəm Kınık bütün vətəndaşları qan verməyə çağırdı. Türkiyenin müxtəlif şəhərlərindən vətəndaşlar zəlzələ bölgələrinə çatdırılmaq üçün qan vermək üçün səfərbər oldu.

"Sabah": Türkiye bir ürək oldu
Kahramanmaraşda baş verən zəlzələ 10 vilayətdə təsirli oldu. Zəlzələdən sonra Türkiye demək olar ki, bir ürək oldu. Zəlzələ bölgəsinə yardım kampaniyasına start verildi. Bölgəyə ölkənin hər yerindən komandalar köçürüldü. İşçi qrupları dağıntılar altındakı vətəndaşlara çatmaq üçün səylərini davam etdirərkən, bir çox şəhərdən toplanan çadırlar, ədyallar, hazır yemək materialları və mətbəx alətləri yük maşınları ilə zəlzələdən zərərçəkənlərə çatdırılır.

"Vatan": Dünyadan Türkiyeyə başsağlığı və yardım mesajları çatdırılır
Beynəlxalq media Türkiyenin cənubunu sarsıdan zəlzələ xəbərini manşetlərdə verdi, internet saytları isə canlı bloqları ilə hadisələri anında oxucularına çatdırdı. Zəlzələni eşidəndə Türkiye üçün dəstək, başsağlığı və yardım mesajları paylaşıldı. Bir çox ölkə lideri də Türkiye ilə həmrəylik mesajı yaydı.

"Star": Fahrettin Altundan İlon Maska dezinformasiya xəbərdarlığı
Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun İlon Maskı da etiketləyərək zəlzələ ilə bağlı dezinformasiya və səhv məlumatlandırmaya diqqət yetirilməli olduğunu bildirdi. Fahrettin Altun özünün tviter hesabında etdiyi paylaşımda deyib: “Belə bir fövqəladə vəziyyətdə  tviterin platformada dezinformasiya və səhv məlumatlandırma səylərinə xüsusi diqqət yetirməsi vacibdir. Bu, insanların ölümünə səbəb ola və səylərimizi ləngidə bilər".



Әlaqәli Xәbәrlәr