Türkiyə mətbuatından xülasə, 31 yanvar 2023

“Yeni Şafak”, “Hürriyet”, “Star”, “Sabah” və “Haber Türk” nələrdən yazır?

1939892
Türkiyə mətbuatından xülasə, 31 yanvar 2023

 

“Yeni Şafak”: Peskov “Putin və Ərdoğan münasibəti qarşılıqlı etimada əsaslanır" dedi

  Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov "Rusiya prezidenti V.Putin və Türkiyə prezidenti R.T.Ərdoğan arasında xüsusi münasibət var. Bu əlaqələr həqiqətən qarşılıqlı etimada, qarşılıqlı hörmətə və üzərinə götürdükləri öhdəliklərə sadiqliyə əsaslanır" deyə bildirib.

“Hürriyet”: Çavuşoğlunun Finlandiya bəyanatı

  İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: "Düşünürəm ki, "problemli ölkə" ilə "daha az problemli ölkə" arasında fərq qoymaq ədalətli olardı. Türkiyə olaraq NATO və bu ölkələri qarşılaşdırarkən qərar verməli olsaq, bunu ayrıca qiymətləndirə bilərik. Prezidentimiz də “İsveçlə müqayisədə Finlandiya ilə bağlı fərqli bir dəyərləndirməmiz ola bilər” söyləyib.

“Star”: Kanada vermədi, Türkiyə istehsal etdi

  Türkiyə müdafiə sənayesində embarqoya daxili sistemlə cavab verdi. Kanadadan satın alınması məhdudlaşdırılan “Helikopter yaxalama” və “Transfer sistemi” ilk dəfə yerli və milli səviyyədə hazırlandı. Sistem ilk missiyasına TCG İstanbul milli freqatı ilə başlayacaq.

“Sabah”: “Fatih” qazma işlərinə başladı

  “Fatih” qazma gəmisi Sakarya qaz sahəsində yeni kəşfiyyat quyusu olan “Amasra-2”də qazma işlərinə başladı.

“Haber Türk”: Sakaryadakı fabrikdə Avropada yeni bir çığır açacağıq

  “Toyota”nın akkumulyatorlu hibrid modeli “New C-HR” dünyada ilk dəfə Türkiyənin Sakarya şəhərində istehsal olunacaq. “Toyota” avtomobil sənaye müəssisəsi (Toyota Automotive İndustry Turkiye) həmçinin Avropada akkumulyator və akkumulyator istehsal edən ilk avtomobil zavodu olacaq.



Әlaqәli Xәbәrlәr