Türkiyǝ mǝtbuatı, 27 yanvar 2023

Türkiyǝ mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1938474
Türkiyǝ mǝtbuatı, 27 yanvar 2023

"Haber Türk": Çelik: "Qərb mediası primitiv qara təbliğat aparır"

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik bəzi Qərb media orqanlarının Prezident Rəcəb Tayyib Ərdoğanı sistemli şəkildə hədəf almasına reaksiya verib. Çelik “Bəzi Qərb media orqanları prezidentimizin xarici siyasətdə müstəqil və prinsipial bir xətt izləməsindən narahat olduqlarını açıq şəkildə bildirirlər. Onların etdikləri yayım fəaliyyəti deyil, bu, primitiv qara təbliğatdır”.

"Hürriyet": Çavuşoğlu İsveçə reaksiya göstərdi

İsveçdə Qurani-Kərimin yandırılması təxribatı ilə bağlı xarici işlər naziri Mövlud Çavuşoğlu “İsveç hökuməti bu alçaq hərəkətə icazə verməklə bu cinayətin ortağı oldu. Bu alçaq hərəkət əslində nifrət cinayətidir, irqçi bir hərəkətdir. Heç kim bunu bizə söz azadlığı kimi izah etməyə çalışmasın” deyib.

"Yeni Şafak": Çavuşoğlu: "ABŞ DEAŞ-ı bizdən qaçırdı”

Suriyada DEAŞ-la mübarizə bəhanəsi ilə məskunlaşan və PKK-ya yol açan Amerika Birləşmiş Ştatlarının (ABŞ) DEAŞ terrorçularını da qoruduğu rəsmən təsdiqlənib. Xarici işlər naziri Çavuşoğlu Türkiyanin Suriyanın şimalını təmizləyərkən, Mayk Pompeonun Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olarkən ABŞ-ın Əfqanıstana DEAŞ üzvlərini qaçırdığını açıqladı.

"Star": Türkiye İsraili qınadı

Fələstin Prezidenti Mahmud Abbas İsrailin basqınında 9 fələstinlinin həyatını itirməsi ilə əlaqədar üç günlük matəm elan edib. Türkiye Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "İordan çayının qərb sahilində artan gərginlik və ölüm hallarından dərin narahatıq və dinc əhalinin ölümünə səbəb olan bu hücumları sərt şəkildə qınayırıq".

"Sabah": Türkiye G-20-də ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir

Xəzinə və maliyyə naziri Nurəddin Nebati Türkiyenin 2022-ci ilin ilk 3 rübündə güclü və balanslı böyümə perspektivini qoruyaraq 6,2 faiz böyüməyə davam etdiyini və G20 ölkələri arasında ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğunu vurğulayıb. N.Nebati "İqtisadiyyatın bu inkişafında möhkəm iqtisadi təməllərə malik olmağımız, həyata keçirdiyimiz təsirli siyasətlər və tətbiq etdiyimiz Türkiye İqtisadiyyat Modeli təsirli oldu" deyib.



Әlaqәli Xәbәrlәr