Türkiye mətbuatı: 26 yanvar 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1937988
Türkiye mətbuatı: 26 yanvar 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Vatan'': “Türkiyedən İsveçə NATO mesajı”
Milli Təhlükəsizlik Şurası (MTŞ) Türkienin milli təhlükəsizliyini və maraqlarını hədəf alan hər hansı addıma icazə verilməyəcəyini qətiyyətlə vurğulayıb.
Milli Təhlükəsizlik Şurasının iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirildi.Türkiyenin NATO-nun açıq qapı siyasətini dəstəklədiyi bildirilən bəyannamədə bu ifadələrə yer verilib: ''NATO-ya daxil olmaq istəyən dövlətlərin alyansın  qanunlarına və ruhuna uyğun hərəkət etməsinin vacibliyi vurğulanıb, terror təşkilatları ilə mübarizə məsələsində əldə olunan anlaşma memorandumundan irəli gələn öhdəliklərin konkret addımlarla yerinə yetirmələrinin əhəmiyyəti qeyd olunub''.

''Hürriyet'': Ömər Çelik: ''Təxribatın arxasında Türkiyeyə qarşı düşmənçilik var”

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı təxribatın arxasında prezident Ərdoğan və Türkiyeyə qarşı düşmənçilik olduğunu bildirib. 

''Star'': “Finlandiya Türkiyeyə silah embarqosunu ləğv etdi
Finlandiya Türkiyeyə tətbiq etdiyi silah embarqosunu ləğv edib.
Silah ixracı məsələsi  Türkiyenin Finlandiya və İsveçin NATO üzvlüyünü təsdiqləmək üçün irəli sürdüyü şərtlərdən biri idi.
Finlandiya Müdafiə Nazirliyindən verilən açıqlamada Türkiyenin hərbi texnika ixracına tətbiq edilən embarqonun ləğv edildiyini açıqlanıb.

''Yeni Şafak'': Fəxrəddin Altun İlon Maska çağırış edib
Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun ''Twitter'' rəhbərliyinə və İlon Maska müraciət edib.Fəxrəddin Altun deyib:“Keçmişdə ''Twitter'' vasitəsilə Türkiyenin siyasi həyatına nə kimi müdaxilələr edildiyini açıqlayın. Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın, bizim sosial media hesablarımıza hansı gizli senzuraların tətbiq olunduğunu açıqlayın''.

''Sabah'': “Kosmosa gedəcəklər bəlli oldu”

Sənaye və texnologiya naziri Mustafa Varank kosmosa gedəcək namizədlərin müəyyənləşdiyini və prezident Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda bunu açıqlayacağını bildirib. Layihə çərçivəsində iki kosmos səyahətçisi namizədi müəyyən ediləcək. Namizədlərdən biri Türkiyenin ilk insanlı kosmik missiyasını yerinə yetirmək üçün Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək.



Әlaqәli Xәbәrlәr