Türkiye mətbuatı, 2 yanvar 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1926332
Türkiye mətbuatı, 2 yanvar 2023

"Haber Türk": Akarın Yunanıstana reaksiyası: "Ankara Yunanıstanın səhv addımının qarşısını alar"

Milli müdafiə naziri Hulusi Akar Yunanıstanın öz səhvlərini ört-basdır etmək üçün Türkiyeyə qarşı “ekspansionizm və revizionist siyasət” kimi saxta ittihamlar irəli sürdüyünü bildirib. Yunanıstanın Egey və Aralıq dənizində təktərəfli addım atmaması çağırışını təkrarlayan Akar "Yunanıstanın atacağı səhv addımın qarşısını rəsmi Ankara alar" deyib.

"Star": F.Altun: "Qlobal arenadakı çarxları qırmağın vaxtıdır”

Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Türkiyedə sosial ədalət baxımından çox mühüm addımların atıldığını bildirib. “İndi qlobal arenadakı ədalətsizliyi, bu ədalətsizliyin arxasındakı çarxları qırmağın zamanıdır” deyən Altun “Bu nöqtədə mübarizəmiz artıq qlobal ədalət uğrunda beynəlxalq mübarizədir” ifadəsini işlədib.

"Vatan": Nazir Nəbatidən Türkiye əsri mesajı

Xəzinə və maliyyə naziri Nurəddin Nəbati sosial media hesabında “Türkiye Əsri” mövzusunda video paylaşıb. Nazir Nebati paylaşımında “Dekabr ayı boyunca fəaliyyətlərimizi davam etdirərək ölkəmiz və millətimiz üçün işlərimizi davam etdirdik. Ölkəmizi Türkiyenin yeni əsrinə hazırlamaq üçün gecə-gündüz çalışacaq və bir-bir hədəflərimizə çatacağıq” deyib. 

"Hürriyet": Terrordan təmizlənən Qabardan iqtisadiyyata böyük töhfə

Türkiye son zamanlar təbii qaz və neft kəşfləri ilə adından söz etdirib. Separatçı terror təşkilatı PKK-dan təmizlənən Şırnak vilayətinin Qabar bölgəsindən çıxarılan neft iqtisadiyyata böyük töhfə verir. Şırnakda neft axtarışları davam edir. Bölgədən sutkada 25 min barel neft çıxarmaq üçün səylər sürətlə davam edir.

"Sabah": Türkiye enerjidə mərkəz olacaq

Türkiye beynəlxalq təbii qaz boru kəmərləri, mayeləşdirilmiş təbii qaz (LNG), elektrik stansiyaları və yeraltı təbii qaz anbarları ilə enerji təchizatının təhlükəsizliyini təmin edərkən, Rusiya-Ukrayna müharibəsi səbəbindən qaz tədarükündə ciddi problemlərlə qarşı-qarşıya olan Avropanın böhranı aradan qaldırmasında mühüm rol oynamağa hazırlaşır. Azərbaycandan sonra Türkmənistan qazının da əvvəlcə Türkiyeyə, sonra isə Avropaya çatdırılması üçün səylər göstərilərkən, Rusiya qazının Avropaya nəqli nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr