Türkiye mətbuatı: 20 dekabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1921092
Türkiye mətbuatı: 20 dekabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Haber Türk'': Ərdoğan: “Qadınlarımıza hər sahədə lazımlı dəstəyi veririk”

Prezident Ərdoğan İstanbulda keçirilən Qadın əməyi sammitində iştirak edib. Prezident Rəcəb Tayyib Ərdoğan tədbirdə etdiyi çıxışında qadın sahibkarlara və qadın kooperativlərinə dəstək paketini açıqlayaraq: “Qadınlara hər sahədə müsbət ayrı-seçkilik edərək, arzularına nail ola bilmələri  üçün  lazımlı dəstəyi  təmin edirik. Ölkəmizdəki bütün demokratiya və inkişaf nailiyyətlərində olduğu kimi, son 20 ildə həyata keçirdiyimiz islahatların hamısında qadınlarımız öz töhfələrini veriblər. Türkiyənin yeni əsrini qadınlarımızla  formalaşdıracayıq. açıqladığım yeni dəstək paketinin uğurlar  olması diləyir, işləyən, istehsal edən və yaxşı yaşamağa çalışan hər qadının yanında olacağımıza söz verirəm. Ailə institutunun sütunlarını təşkil edən qadınlarımız istehsalla yanaşı, siyasətdə də varlığını və fəallığını artırmalıdılar. Çünkü güclü ailə olmazdan güclü millət olmaz” –deyə prezident  vurğulayıb.

''Yeni Şafak'': Türkiyenin əhalisinin sayı  85 milyona çatıb
Türkiye Statistika Təşkilatı (TÜİK) 2021-ci il üçün Ünvan Əsaslı Əhali Qeydiyyatı Sisteminin nəticələrini açıqlayıb.
Məlumata görə, 31 dekabr 2021-ci il tarixinə Türkiyedə yaşayan əhalinin sayı əvvəlki il ilə  müqayisədə 1 milyon 65 min 911 nəfər artaraq 84 milyon 680 min 273 nəfərə çatıb. Kişilərin sayı  42 milyon 428 min 101 nəfərə, qadınların sayı isə 42 milyon 252 min 172 nəfər olub. Başqa sözlə, ümumi əhalinin 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edib.

''Star'': Türkiyədə 150 milyon barel ehtiyata malik neft yatağı aşkar edilib
Türkiyənin cənub-şərqində yerləşən Şirnak vilayətinin Qabar dağı bölgəsində  ehtiyatı 150 milyon barel olan neft yatağı aşkar edilib.

''Sabah'': “Türkiyə sıfır tullantı hərəkatının lideridir”
Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyenin iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı beynəlxalq arenada həyata keçirilən bütün səylərə müsbət töhfə verdiyini bildirib. Altun bildirib ki, Türkiyə qlobal sıfır tullantı hərəkatının lideridir.

''Hürriyet'': İstanbul Birjasından rekord yüksəliş

İstanbul birjasında100 İndeksi günə 5 min 270 bәnddən başlayıb.
Sәhmlәr orta hesabla 1,08  dәyәr qazanıb.



Әlaqәli Xәbәrlәr