Türkiye mətbuatı, 16 dekabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1919566
Türkiye mətbuatı, 16 dekabr 2022

“Yeni Şafak”: Ərdoğan: “Almaniya terror təşkilatlarının sığınacaq yeridir”

Prezident Rəcəb Tayyib Ərdoğan Almaniyada çevriliş planlarına qarşı olan əhval-ruhiyyəni ən yaxşı anlayacaq ölkənin Türkiye olduğunu, lakin Almaniyadan eyni anlayışı görmədiklərini söyləyib. “Almaniya Avropada terror təşkilatları üçün ən vacib sığınacaq yeridir”, – deyə dövlət başçısı bildirib.

"Vatan": Ərdoğan: "Borrelin planı pozuldu"

Prezident Ərdoğan Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borrelin Türkiyenin Rusiyaya qarşı sanksiyalara əməl etməli olduğu ilə bağlı açıqlamasına reaksiya verib. Avropanın aldığı taxılın 44 faizinin Qara dəniz vasitəsilə Türkiye üzərindən gəldiyinə diqqət çəkən Ərdoğan Rusiya və Türkiyenin inkişaf etməmiş ölkələrə pulsuz taxıl göndərməsinin Borrelin planını poza biləcəyini bildirib.

"Hürriyet": Çavuşoğlu Belçikaya PKK-ya görə reaksiya göstərdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu Belçikanın xarici işlər naziri Hadja Lahbib ilə keçirdiyi birgə mətbuat konfransında PKK-nın Belçikada təşkil etdiyi nümayişlərə diqqət çəkərək, “Səfirliyimiz qarşısında terror başçılarının plakatlarından istifadə edilən nümayişlər olub. Necə ki, DEAŞ Belçikada cır-cındırından istifadə edə bilmir, PKK da istifadə etməməlidir. Sizdən gözləntimiz Belçikadakı PKK kimi təşkilatlara qarşı tədbir görmək və mübarizə aparmağınızdır" deyib. 

“Haber Türk”: Putin: Türkiyenin təbii qaz infrastrukturunun əhəmiyyətli potensialı var”

Rusiya prezidenti Vladimir Putin “Türkiyenin təbii qaz infrastrukturunun əhəmiyyətli potensialı var. Yaxın aylarda yaradılacaq təbii qaz mərkəzində ticarət üçün elektron platforma yaradıla bilər" deyə açıqlama verib. Putin Avropa istehlakçıları üçün təbii qazın qiymətinin əsasən mərkəzdə (Türkiyedə) müəyyən ediləcəyini vurğulayıb.

"Star": “Kızılelma" dünyanın gündəmindədir

Türk aviasiya tarixinin təməl daşlarından olan Türkiyenin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma"nın ilk uçuşu dünya mətbuatında geniş əks-səda doğurdu. Amerika Birləşmiş Ştatlarından (ABŞ) Çinə, Misirdən Yunanıstana qədər bir çox ölkənin mediası hadisəni oxucularına çatdırdı.



Әlaqәli Xәbәrlәr