Türkiye mətbuatı, 13 dekabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1918024
Türkiye mətbuatı, 13 dekabr 2022

"Yenişafak": Prezident Ərdoğandan neft müjdəsi

Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə yerli neft hasilatını gündəlik 100 min barrelə çatdırmağı planlaşdırdıqlarını söylədi.

İstanbulda keçirilən Türkiye İnnovasiya Həftəsi İnovaliq Çempionları Mükafat Mərasimində çıxış edən Ərdoğan deyib: "20 il əvvəl müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərin sayı 56 olduğu halda, bu gün eyni sahədə 1600-dən çox şirkətimiz var. Müdafiə sənayesində 248 milyon dollarlıq ixracat rəqəmi bu il 4 milyard dolları keçməkdədir.
2023-cü ildə yerli neft hasilatını gündəlik 100 min barrelə çatdırmağı planlaşdırdıq.

"Hürriyet": Hulusi Akar Yunanıstana xəbərdarlıq etdi

Milli müdafiə naziri Hulusi Akar Yunanıstanın əsassız, məntiqsiz və qeyri-qanuni tələb və iddialarını, təxribat xarakterli hərəkətlər və aqressiv ritorika ilə gərginliyi artırmağa davam etdiyini bildirib.
H.Akar Türkiye Silahlı Qüvvələrinin terroru mənbəyində aradan qaldırmaq strategiyası ilə sərhədlərin təhlükəsizliyini təmin etdiyini, ölkə daxilində və hüdudlarından kənarda bütün terror təşkilatlarına qarşı mübarizə apardığını qeyd edib.

"Star": "MMU", "Kızılelma", "Hürjet"... Forbes: Türkiyenin qırıcıları 2023-cü ildə səmada 

Dünyanın diqqət mərkəzi 2023-cü ildə səmalarda olacaq Milli Döyüş Təyyarələri (MMU), Kızılelma, Hürjet və Göksunqurdadır. Amerikanın “Forbes” jurnalı “Türkiyenin 2023-cü ildə ilk uçuşunu etməyi planlaşdırdığı hərbi təyyarələr” başlıqlı təhlil yazısı ilə milli təyyarələrimizi və PUA-larımızı yaxından təhlil edir.

"Sabah: Simvolların körpüsü tarixə düşdü

Nəqliyyat və infrastruktur Naziri Adil Karaismailoğlu, 1915 Çanaqqala Körpüsünün 318 metrlik qüllələrin üzərinə qoyulan 16 metrlik memarlıq top güllələri ilə dünyanın ən hündür qüllələrinə malik asma körpü kimi tarixə düşdüyünü söylədi.

"Habertürk": Türkiye 125,9 milyon dollarlıq qızılbalıq ixrac etdi

2022-ci ilin yanvar-noyabr ayları arasında Qara dənizdən türk qızılbalığı ixracı 207 faiz artaraq 125 milyon 858 min 348 dollara çatıb.



Әlaqәli Xәbәrlәr