Mətbuatdan günün xülasəsi, 30 noyabr 2022

“Vatan”, “Sabah”, “Hürriyet”, “Yeni Şafak” və “Star” nələrdən yazır?

1912735
Mətbuatdan günün xülasəsi, 30 noyabr 2022

 

“Vatan”: Ərdoğan “Dünya liderliyinə yüksəlmək yolumuz açıqdır" dedi

  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Otelçilər Federasiyasının VII Baş Assambleyasında etdiyi çıxışında deyib: “Türkiyənin 2021-ci ildə turist sayında dünyada 4-cü, turizm gəlirində isə 8-ci yerdə olması daha yaxşı illərə gedəcəyimizin xəbərçisidir. Turizmdəki rəqiblərimizin qlobal böhranların təsiri ilə itirdiyi bir vaxtda bizim daha artıq çalışaraq dünya liderliyinə yüksəlmə yolumuz açıqdır."

“Sabah”: Çavuşoğlu “Müharibə varkən də diplomatiya davam etdirilə bilər" dedi

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirləri Toplantısının keçirildiyi Buxarestdə Aspen İnstitutu-Alman Marşal Fondu Forumunda etdiyi çıxışında Rusiya-Ukrayna müharibəsinin qonşu ölkələrə təsirindən bəhs edərək deyib: “Ancaq qınamaqla problemi həll etmək mümkün deyil. Sülhü ədalətli şəkildə bərqərar olmasını təmin etmək lazımdır. Müharibə varkən də diplomatiya davam etdirilə bilər".

“Hürriyət”: Kalından mümkün quru əməliyyatı mesajı

  Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Suriyadakı terror bölgələrinə ola biləcək quru hərəkatı ilə bağlı deyib: "Əməliyyatlar müxtəlif üsullarla həyata keçirilə bilər, sabah, gələn həftə və ya hər an".

“Yeni Şafak”: “İlin rəqəmsal hava limanı” mükafatı “Sabiha Gökçen”ə verildi

  İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı 2022-ci ildə “Bluesky Awards” Aviasiya Uğur Mükafatları kateqoriyasında "İlin rəqəmsal hava limanı" seçildi.

“Star”: Dünya Kuboku matçlarını THY təyyarələrində də izləmək mümkündür

  Noyabrın 20-də Qətərdə başlayan FİFA Dünya Futbol Çempionatının oyunları THY təyyarələrində də nümayiş etdiriləcək.



Әlaqәli Xәbәrlәr