Mətbuatdan günün xülasəsi, 24 noyabr 2022

“Hürriyet”, “Star”, “Sabah”, “Haber Türk” və “Vatan” nələrdən yazır?

1910357
Mətbuatdan günün xülasəsi, 24 noyabr 2022

 

“Hürriyət”: Prezident Ərdoğan “Terrorçuların üstünə qurudan da çıxacağıq”

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının 23 noyabr qrup toplantısında Suriyada yeni quru əməliyyatı olub-olmayacağı sualına “Hava əməliyyatlarımızı fasiləsiz davam etdirdiyimiz kimi əlverişli vaxtda qurudan da terrorçuların üzərinə çıxacağıq” cavabını verdi.

“Star”: Nazir Akar “TSQ ilə heç bir oyun oynanılmayacağını görəcəklər" dedi

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib: “Pəncə-Qılınc” əməliyyatı havadan və qurudan atəş dəstək vasitələrilə ilə cəza tədbirləri ilə davam edir. Əməliyyatda indiyədək 471 hədəf atəşə tutulub, 254 terrorçu zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələri (TSQ) ilə oyunun keçməyəcəyini görəcəklər”.

“Sabah”: Milli Döyüş Təyyarəsi son mərhələdə

  Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin sədri İsmail Dəmir noyabrın 23-də “tvitter” hesabında yerli döyüş təyarəsilə bağlı yazıb: “Milli Döyüş Təyyarəsi son mərhələyə çatıb və tezliklə anqardan çıxacaq”.

“Haber Türk”: OECD Türkiyə iqtisadiyyatının 2022-ci ilin sonuna qədər 5,3 faiz böyüməsini gözləyir

  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Türkiyə iqtisadiyyatının 2022-ci ilin sonunda 5,3, 2023-cü ildə isə 3 faiz inkişaf edəcəyini proqnozlaşdırır.

“Vatan”: Nazir Muş bildirdi ki, 2021-ci ildə 225 milyard dolları keçdi

  Türkiyənin ticarət naziri Mehmet Muş "22 noyabr etibarilə 225,2 milyard dollar olan 2021-ci ilin ümumi ixracat rəqəmini keçdik. Ölkəmizə uğurlar".



Әlaqәli Xәbәrlәr