Türkiye mǝtbuatı, 23 noyabr 2022

Türkiyǝ mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1909813
Türkiye mǝtbuatı, 23 noyabr 2022

"Haber Türk": Ərdoğan: "Terrorun kökünü kəsəcəyik”

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalındakı terror təşkilatlarının Türkiyenin Karkamış rayonuna raket hücumu ilə bağlı Türkiyeni hərfləri dəyişərək, terror təşkilatının adını dəyişərək, yanlarında əsgərlərinə görüntü verdirərək baş qatacaqlarını zənn edənlər üçün yolun sonunun gəldiyini söyləyib. “Sərhədlərimizə və vətəndaşlarımıza hücumların davam etdiyi yerlərdə təhlükəsizlik xəttini olması lazım olan yerə çəkməyimizə heç kim mane ola və ya ona etiraz çıxa bilməz”, - deyə Ərdoğan bildirib.

"Hürriyet": Nazir Soyludan alman nazirinə terror reaksiyası

Daxili işlər naziri Süleyman Soylu terrorla mübarizədə nisbətdən danışan Almaniyanın daxili işlər naziri Nensi Feserə reaksiya verib. Nazir Soylu "İstiklal prospektində günahsız insanlar öldürüldü. Həmin şəxslərə nisbət tətbiq edilmədi. Polşaya iki bomba düşdüyü üçün NATO ayağa qalxdı. İnsanları coğrafiyasına, dininə, yaşadıqları bölgələrə görə ayırmaq olmaz. İnsan hüquqları bütün dünyada insanlara məxsusdur” deyib.

"Vatan": Terror qurbanı 5 yaşlı Həsənə vida edildi

Suriyanın Ayn Əl Ərəb bölgəsində PKK/YPG terrorçularının Qaziantepin Karkamış rayonunda məktəblərə qarşı həyata keçirdiyi raket hücumunda şəhid olan 5 yaşlı Həsən Karataş göz yaşları içində dəfn edildi. PKK/YPG-nin məktəbə hücumu nəticəsində şəhid olan müəllimə Ayşenur Alkan son mənzilə yola salındı. 

"Yeni Şafak": Rusiya: Əməliyyat Türkiyənin qanuni haqqıdır

Kremlin sözçüsü Dmitri Peskov “Türkiyenin Suriya və İraqın şimalına antiterror əməliyyatları ilə bağlı olaraq Türkiyenin Suriya ilə əlaqəli narahatlığını başa düşürük. Bunun Türkiyenin qanuni haqqı olduğuna inanırıq” deyib. 

"Star": “Mərakeş Kralı VI Məhəmməddən Türkiyeyə təşəkkür

Mərakeş Kralı VI Məhəmməd, "Sivilizasiyalar Alyansı Forumunun təşkilinin davam etdirilməsinə və mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında anlaşma, etimad və dialoq üçün istinad kimi bu təşkilatın institutlaşmasına başda Türkiye və İspaniya olmaqla töhfə verən hər kəsə hörmətlə yanaşırıq və minnətdarıq" deyib.



Әlaqәli Xәbәrlәr