Mətbuatdan günün xülasəsi, 16 noyabr 2022

“Hürriyet”, “Sabah”, “Star”, “Haber Türk” və “Yeni Şafak” nələrdən yazır?

1906898
Mətbuatdan günün xülasəsi, 16 noyabr 2022

 

 

 

“Hürriyət”: Prezident Ərdoğandan dünyaya qida böhranı xəbərdarlığı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 Liderlər Zirvəsi çərçivəsində keçirilən "Ərzaq və enerji təhlükəsizliyi" sessiyasındakı çıxışında "Dünya gübrə bazarı tez bir zamanda sabitləşməlidir. Əks halda, gələn il daha böyük bir ərzaq böhranı yaşanacaq."

“Sabah”: Ərdoğan-Bayden görüşü

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balidə keçirilən G-20 Liderlər Zirvəsi çərçivəsində ABŞ prezidenti Co Bayden ilə görüşüb. Bayden “F-16” ilə bağlı dəstəyin davam edəcəyini bildirib.

“Star”: İtaliyadan Türkiyə açıqlaması

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 15-də İndoneziyada İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşüb. Görüşdən sonra İtaliya Baş Nazirliyi verdiyi açıqlamada bildirib: "İki ölkə başçısı nizamsız miqrasiya ilə mübarizə və Liviya böhranının həllini asanlaşdırmaq üçün birlikdə çalışmağın vacibliyini vurğulayıblar".

“Haber Türk”: Türkiyənin ABŞ-a ixracatı 11 milyard 998 milyon dollara çatıb

  Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, Türkiyənin ABŞ-a ixracatı 11 milyard 998 milyon dollarla 2022-ci ilin yanvar-oktyabr aylarında bütün zamanların ən yüksək göstəricisinə çatıb.

“Yeni Şafak”: Qış turizmi yaya bənzəməyəcək

  2022-ci ildə 50 milyon turist və 44 milyard dollar gəliri hədəfləyən Türkiyə yay mövsümünün bitməsi ilə qış turizmi üçün hazırlıqlara başlayıb. Xüsusilə Rusiya və İrandan gələnlərdən xizək mərkəzlərinə yüksək tələbatın olduğunu söyləyən Türkiyə Səyahət Agentlikləri Birliyinin sədri Firuz Bağlıkaya deyib: "Qış dövründə otellərdə doluluq nisbəti təxminən 90 faiz olacaq".

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr